Yağış yağanda Hövsan Olimpiya İdman Kompleksini su basır? - İDDİA

3-12-2024, 17:18           
Yağış yağanda Hövsan Olimpiya İdman Kompleksini su basır? - İDDİA
Yağış suları Hövsan Olimpiya İdman Kompleksinin otaqlarına damır.

Xezerxeber.az xəbər verir ki, müvəqqəti olaraq kompleksdə qalanlar şəraitsizlikdən əziyyət çəkirlər.

Respublika Olimpiya İdman Liseyi hazırda təmirə bağlandığından şagirdləri burada gecələyir.

Kompleksin direktoru Oruc Məmmədli yayılan görüntülərin noyabr ayında lentə alındığını bildirib. O, təməli 2009-cu ildə qoyulan kompleksin tavanının artıq yarı hissəsinin yeniləndiyini, idman döşəklərinin isə təmizləndiyini deyib:

"Payız-qış mövsümü başlayandan kompleksin istilik sistemində yaranmış problem və günün bütün saatlarında isti su verilməsindəki məhdudiyyət aradan qaldırılıb. Bundan başqa kompleks 3 ədəd iri qızdırıcı ilə təmin olunub".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru