Ağcabədi sakini Silahlı Qüvvələrinin Baş Klinik Hospitalını İTTİHAM EDİR – MÜRACİƏT / FOTO
5-12-2024, 15:23
Ağcabədi rayon Sarıcalı kənd sakini Sadıqova Alagöz Bilal qızı ölkə mediası vasitəsi ilə Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis cənab Nazim Rəcəbova, eləcə digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edib. Ağcabədi sakini Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yaradılmış “cinayət dəstədən” şikayətçidir. O şikayət məktubunda bildiriur ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “cinayət dəstə”dən ibarət qrup yaradılıb: “Qrupa rəhbərlik edən hal-hazırda həbsdə olan sabiq hərbi qulluqçu Ceyhun İltifat oğlu Məmmədov, Salyan rayon sakini Cəfər Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən hərbi həkim komissiyasının sədri və üzvləri Orxan, İlahə və Tünzalə adlı həkimlərdir.
Beləki, adları yuxarıda göstərilən cinayətkar dəstə N saylı hərbi hissənin giziri rütbəsində xidmət etmiş sabiq hərbi qulluqçu Rafiq adlı şəxsdən xidməti dövründə vaxtından əvvəl təqaüdə çıxaracaqlarının vəd verərək sonuncudan hissə-hissə olmaqla ümumilikədə 24 min manat məbləğində pul alaraq saxta sənədlər əsasında həmin hərbi həkim komissiyasının üzvüləri vasitəsilə Ordu sıralarından təxris olunması üçün pul alıblar. 2 il keçməsinə baxmayaraq həmin komissiyanın təyin etdiyi diaqnoz saxta olduğu üçün sonuncu bu günə qədər təqaüdə çıxa bilməmişdir”.
Bütün göstərilən faktlarla bağlı həbsdə olan övladı Sadıqov Zaur Şəfa oğlunda sübut və səs yazıları olduğunu bildirən ana ərizəsində göstərdiyi xüsusatların tam və obyektiv araşdırılması, təzədən nəzarətə götürülməsi, istintaqda tam olaraq izahatların verilməsini müvafiq qurumlardan xahiş edir.
mediaxeberleri.az