Şahtaxtinskayanın nəticəsi Fuad Nəcəfliyə müraciət edib VİDEO

12-12-2024, 09:14           
Şahtaxtinskayanın nəticəsi Fuad Nəcəfliyə müraciət edib  VİDEO
Azərbaycanın görkəmli maarifçisi, həm də məşhur hərbçi Əbülfət ağa Şahtaxtinskinin nəticəsi Yulia Şahtaxtinskaya Fuad Nəcəfliyə müraciət ünvanlayıb. O, öz müraciətində ulu babasının dağıdılmış qəbrinin onun adına layiq şəklə salınmasını xahiş edib. Şahtaxtinskaya bildirir ki, ulu babasının qəbri nə vaxtsa soyğunçuluq məqsədilə açıldıqdan sonra tamamilə dağılmış vəziyyət düşüb.
Əbülfət ağa Şahtaxtinski 1858-ci ildə hazırda Kəngərli rayonun inzibati ərazisi sayılan Şahtaxı kəndində anadan olub. 1913-cü ildə Kuatisidə vəfat edən Şahtaxtinskinin nəşi doğma Şahtaxtıya gətirilib və buradakı kənd qəbrstanlığında basdırılıb. Onun haqda geniş məlumatı bu linkdən oxuya bilərsiniz: https://www.facebook.com/share/p/15T4Uzz5ML/?mibextid=WC7FNe
Yuliya Şahtaxtinskaya Əbülfət ağanın nəvəsi Feysəlin qızıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru