Bu müəllimlər imtahana buraxılmayacaq

12-03-2025, 08:24           
Bu müəllimlər imtahana buraxılmayacaq
Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər, müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında iştirak edə bilməzlər.

TEREF xəbər verir ki, bunu Təhsil Institutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

O qeyd edib ki, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiyadan imtahanı könüllüdür.

"Üç illik pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün müəllimlər sertifikasiya imtahanından keçəcəklər", - o bildirib.

Xatırladaq ki, növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və informatika müəllimlərini əhatə edəcək./redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru