Azərbaycan bu il Gürcüstandan avtomobil idxalını 27% azaldıb

20-03-2025, 11:34           
Azərbaycan bu il Gürcüstandan avtomobil idxalını 27% azaldıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 29 milyon ABŞ dolları dəyərində 1 266 ədəd avtomobil ixrac edib.

İndex.az Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 27 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə fevral ayında Gürcüstan Azərbaycana 16,6 milyon ABŞ dolları dəyərində 680 ədəd avtomobil satıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15 % və 25 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 285 milyon ABŞ dolları dəyərində 12 238 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % çox və 1,1 % azdır.

O cümlədən Gürcüstandan Qırğızıstana 149 milyon ABŞ dolları dəyərində 5 020 ədəd, Qazaxıstana 84 milyon ABŞ dolları dəyərində 4 912 ədəd, Ermənistana 9,81 milyon ABŞ dolları dəyərində 390 ədəd, Tacikistana 5,4 milyon ABŞ dolları dəyərində 227 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru