Yorğun və yuxusuz halda sükan arxasına keçməyin!

Bu gün, 00:10           
Yorğun və yuxusuz halda sükan arxasına keçməyin!
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Qurum yaydığı müraciətdə yorğunluq və yuxusuzluğun nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaratdığını bildirib.

Qeyd edilib ki, uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır: “Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır. Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.

Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:

– Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir;

– Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin;

– Uzun səfərlər zamanı hər 2-3 saatdan bir qısa fasilələr vermək tövsiyə olunur;

– Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.

Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir. Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.