"Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ

Bu gün, 11:36           
"Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
"Bazarstore" supermarketlər şəbəkəsindən vətəndaş gileyləri durmadan artmaqdadır. "DİA-AZ" olaraq bu qəbildən olan növbəti müraciətləri diqqətinizə təqdim edirik. Beləliklə, Gülər adlı sosial şəbəkə istifadaəçisi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı şikayətində belə deyir:

" "Bazarstore"a müraciət edirəm... Camaatı niyə aldadırsınız? Reklam mətninizdə guya bayrama görə, 4.89 manata "Səba bud" təklif edirsiniz, amma konkret olaraq Əhmədli filialında eyni qiymətdir..."

Digər müştəri Zəka Mehdiyev isə etirazını belə ifadə edir:

" "Bazarstore"da banan guya endirimdədi. Şərtlərə baxın: 25 manat üzəri alış-veriş etməlisən və "endirim" 2 kiloqrama qədər tətbiq olunur. Endirim böyük ölçüdə, şərtlər çox kiçik ölçüdə yazılıb ki, heç kim oxuya bilməsin.

Kassada hesablayanda bu anormal qaydalardan xəbər tutursan. Bu açıq-aşkar vətəndaşları aldatmaqdır..."

***

DAVAMI VAR...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.