Gündəmi müavinət, təqaüd alanlara “şad xəbər” – NK-ya verilən 3 aylıq təklif vermək müddətinin martın 23-də bitməsi zəbt edib.

26-03-2025, 11:44           
Gündəmi müavinət, təqaüd alanlara “şad xəbər” –
Heç demə, bu yekəlikdə hökumət üç aydır sosial ödənişlərin artım faizinin üzərində qızğın savaşdadır. 8 faiz olsun, 8,1 faiz? Bəlkə konkret rəqəmlə hesablansın, 80 manatlıq “veteran pulu” 86 manat 40 qəpik, yaxud 86 manat 50 qəpik olsun; sosial müavinətlərin ortalıq maliyyə əsaslandırılması ortalıq 10 faizlik artıma haqq verə bilərmi? Prezident təqaüdlərini pensiyalara verilən əlavələrdən kəsməklə artırmaq necə təklifdir? Di gəl, sosial hökumət 5 ildir “əlavə”nin “artım” olmadığını , bu nədənlə Prezident fərmanı ilə vəzifə maaşlarına edilən 20 faizlik əlavənin pensiyaların artımına gətirmədiyini qərarlaşdırıb. Hökumətin “bicliyinə” baxın, fərmanda “maaşlar artırılsın” yox, “maaşlara əlavə edilsin” təklifi qüvvəyə mindirilir, sonra fərmanın icrası sabotaj edilir ki, bəs əlavə artım deyil!(?) Bəs şəhidlərin , müharibə əlillərinin pensiyalarının sonradan artan təminat xərcliyinə uyğun yenidən hesablanmaması necə? Hökumətin təklifi “dahiyanədir”: “ ŞƏHİD CƏNNƏTDƏN HÖKUMƏTƏ SIĞORTA HAQQI ÖDƏMİR, PENSİYASI NİYƏ ARTSIN?”

Yeri gəlmişkən, NK-nın 08.01.2013-cü il tarixli , 2 saylı qərarı ilə ikiqat artırılan, hazırda 200 manat həddində olan hərbçilərin 64 manatlıq ərzaq payı norması 13-cü ildir hesablanmır. Düzdür “hərbi heyvanların” ərzaq payı artırılıb, insanlarınkı hələ də yox. 3 aydır təklifini verə bilməyən NK-nın qərarı 13 ildir icra olunmur, hökumətin vecinə də deyil. Amma qiymətlər artanda bir gecənin içində artır. Özü də Tarif Şurasının qərarı ilə! Elə bil, yox, doğrudan da ölkədə ən yüksək qüvvəsi olan qanun Konstitusiya yox, Tarif Şurasının bir anda qəbul etdiyi qərardır. Konstitusiyanın qüvvəsizliyinə baxın, Tarif Şurasının qərarı “Veteranlar haqqında” qanunu qüvvədən salıb, müharibə veteranları bağlarını pulsuz özəlləşdirməyə qanunun 11-ci maddəsi ilə haqq etsələlər də, şura qərarı ilə 236 manat ödəməyə məcburdurlar. Qərar hökumətin əmlak xidmətinindir, özü də heç bir təklif, tələb olmadan iki ildir qüvvəyə mindirilib.
Baş nazir Əli Əsədov hər 3 aydan bir heç kəsə gənəşmədən, təklifləri, xalqın tələbini gözləmədən 5 ildir bağlı qalan quru qapılarını açmaqdan imtina edir. İndi 3 aydır dılğır bir artıma təklif vermək belə çətindir?


Məğrur BƏDƏLSOY












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.