Naxçıvan İstilik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - "Bayram pulunun 70 faizini kəsib, 30 faizini verirlər"

28-03-2025, 08:48           
Naxçıvan İstilik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir -
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, qurumun rəhbəri Axundov Yusif Həsən oğlu işçilərin bayram pulunu vermir:

“Yazaraq qeyd edirik ki, böyük haqsızlıqla üz-üzəyik. Cənab Prezidentin fərmanına əsasən, bizə aldığımız əmək haqqı qədər bayram pulu verilməlidir. Bizə isə bayram pulunun 70 faizini kəsib, 30 faizini verirlər.

Qazanxanada yemək qızdırmaq üçün olan isidicinin xəttini kəsib, bizi yeməksiz və çaysız qoyublar.

Ocaqçıların 60 faizi oruc tutur. Onlara deyilir ki, çay içmək istəyirsinizsə, evinizdən termos gətirin.

İdarənin müdiri Axundov Yusif Həsən oğludur. O, "komandir", biz də sanki "əsgərik". Hər il verilən paltarları, ayaqqabıları anbara yığır, işçilərə paylamırlar.

Adlarımızı bilsələr bizi işimizdən edərlər. Bu səbəbdən də, gizlin saxlamağınızı xahiş edirik".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru