Azərbaycanın qəhvə idxalına çəkdiyi xərc 89% artıb
28-03-2025, 16:44
Bu ilin yanvar-fevral aylarında Azərbaycana qəhvə idxalı 21,8 milyon dollar dəyərində olub. İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 89% çoxdur.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 11,5 milyon dollarlıq qəhvə idxal olunub.