"Goldman Sachs" qızılın qiyməti ilə bağlı proqnozunu yüksəldib

28-03-2025, 17:14           
"Goldman Sachs" qızılın qiyməti ilə bağlı proqnozunu yüksəldib
"Goldman Sachs" investisiya bankı bu ilin sonuna kimi qızılın qiyməti ilə bağlı proqnozunu 3300 dollara yüksəldib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın proqnozunda deyilir.

Qurumun daha əvvəlki proqnozu isə 3100 dollar olub. Buna səbəb isə qiymətli metala gözləniləndən daha güclü tələbin olmasıdır.

Analitiklərin araşdırmalarına görə, bu il mərkəzi banklardan tələb əvvəllər nəzərdə tutulan 50 ton deyil, ayda təxminən 70 ton təşkil edə bilər.

Qeyd edək ki, qızılın qiyməti bu ilin əvvəlindən bəri 15% artıb.

Hazırda qızılın qiyməti 1,2% bahalaşaraq bir unsiya üçün 3057,5 dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru