Azərbaycanla Almaniyanın ticarəti 3 dəfəyədək artdı
28-03-2025, 17:54
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 485,3 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Hesabat dövründə Almaniyadan Azərbaycana 200,4 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Almaniyaya ixracı isə 284,9 milyon dollar təşkil edib.