Bakının mərkəzində çətin vəziyyət YARANDI: Sakinlər NARAZIDIRLAR VİDEO

28-03-2025, 15:28           
Bakının mərkəzində çətin vəziyyət YARANDI:
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən körpüdə təmir işləri aparılır.

Yolda xəbərdaredici nişanların az olması və işıqqaytarıcılığının olmaması səbəbindən sürücülər ciddi çətinliklərlə qarşılaşırlar.

Onlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Maşını normal sürətlə sürürdüm, birdən yoldakı maneəyə düşdüm. Xəbərdaredici nişan da qoymayıblar", - sürücülərdən biri söyləyib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, yolda artıq təmir işləri aparılıb və problem aradan qaldırılıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru