İş adamı Fərhad Əhmədovun keçmiş arvadı vəkilinə qarşı iddiasını geri götürüb

28-03-2025, 17:58           
İş adamı Fərhad Əhmədovun keçmiş arvadı vəkilinə qarşı iddiasını geri götürüb
Rusiyada yaşayan iş adamı Fərhad Əhmədovdan boşanaraq məhkəmə yolu ilə Böyük Britaniyada rekord hesab edilən məbləğdə pul əldə edən keçmiş həyat yoldaşı Tatyana Soroka boşanma üzrə vəkili Fiona Şekltona qarşı iddiasını geri götürüb. Mübahisənin predmeti onun keçmiş ərinin əvvəllər Roman Abramoviçə məxsus olan super yaxtası olmalı idi.

Bu barədə spletnik.ru məlumat verib.

Daha əvvəl məlum olmuşdu ki, Tatyana səhlənkarlığına görə məsuliyyətə cəlb etmək istədiyi Şekltonu məhkəməyə verib. 52 yaşlı Soroka iddia edib ki, vəkil və onun firması Mayamidəki 260 milyon dollarlıq doqquzgöyərtəli "Luna" yaxtasını müsadirə edə bilməyib. Bu yaxta keçmiş həyat yoldaşları arasında əmlak mübahisəsinin bir hissəsi idi və Əhmədovun keçmiş arvadı boşanma zamanı ona çatacaq məbləğ müqabilində onu əldə etmək niyyətində idi.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru