«POZ QAZAN» oynayıb öz qazanımızı NECƏ BOŞ QOYURUQ... - "Nə olardı... qadağan olunaydı bu.."

29-03-2025, 11:42           
«POZ QAZAN» oynayıb öz qazanımızı NECƏ BOŞ QOYURUQ... - "Nə olardı... qadağan olunaydı bu.."
Sovet dövründə də lotereyalar oynanılırdı. 30 qəpiklik adi, 50 qəpiklik isə OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti-Rus dilində «DOSAAF) lotereyaları var idi. Bu lotereyalar cəmiyyətdə çox obyektiv və düzgün qarşılanırdı. Çünki həmin lotereyalarla həm varlılar, həm də kasıblar nəsə uda bilirdilər. Kasıblar maşın udanda isə, varlılar həmin lotereyanı üçqat qiymətinə alırdılar. Çünki nə vaxtsa həbs olunma təhlükəsi olardısa, evi, əmlakı məhkəmə qərarı ilə müsadirə olunan zaman lotereya ilə udulmuş maşına dəymirdilər. Qısası, o dövrdə əhalidə bu lotereyalara böyük inam var idi. Uduşda maşından tutmuş, mebellərə, paltarlara və digər məişət avadanlıqlarına qədər, hər şey var idi. Hətta uduşda nağd pullar da olurdu. Özüm də bu uduşların şahidi və iştirakçısı olmuşam.

Müstəqillik dövründə isə bir çox lotereya oyunlarını görmüşəm və açığı, bunlara heç vaxt inamım olmayıb. Son illər isə “Azərlotereya” ASC-nin “Poz qazan” adı altında”Tap qazan”(bunu nədənsə sonradan satışdan çıxartdılar) “Qızıl-9” və s. lotereya oyunları Bakı şəhərini və kəndlərini başına götürüb.

"DİA-AZ" bildirir ki, rəsmən dövlətə söykənən "Azərlotoreya" bu gün yetim-yesirin son qəpiyinin belə hərisinə çevrilib. Bu barədə bəzi vətəndaş gileylərini təqdim edirik. Beləliklə...

***

Natavan Hacıyeva:
"Millətə ziyan vurmaqdı məqsədləri... Vururlar da... Qumardı, amma bir növ təbliğ edilir... Ölkədə bunun niyə qabağın almırlar? Çünki arxasında dayanan məmurdur deyə alan yoxdur qabağını..."

*

Baxa Ibragimli:
"Mənim də, 12000 manat uduzmağım "Poz qazan"dan başladı. Birmənalı şəkildə uzaq durun... Ondan gələn xeyirə lənət olsun..."

*

Sevinc Azimli:
"Hamısı qumarbazdır və dövlət də bu qumarı qanuni edib".

*

Nargilə Rəhman:
"Nə olardı... qadağan olunaydı bu "Poz qazan" qumarı ölkədə..."


*

Elton Quliyev:
"Mən bu kasıb camaatı başa düşmürəm eee... Elə də həvəslə yığılırlar ki o "Poz qazan"ların başına... Öz isti qazanlarını bu qazana dəyişirlər..."

***

Məsələ diqqətimizdədir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.