Xətai icra başçısının klinikası bağlandı

3-06-2015, 15:28           
Xətai icra başçısının klinikası bağlandı
İyun ayının 1-dən Sumqayıtda yerləşən "Real" Tibb Mərkəzi işini dayandırıb. Mərkəz lisenziya problemi ilə bağlı fəaliyyətini dayandırmalı olub. Baş həkim Vidadi Əzimov xəbəri təsdiqləyib: "Bəli, "Real" Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir."

Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirib: "Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil".

Qeyd edək ki, lisenziyası ləğv edilən səhiyyə müəssisəsi Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova məxsusdur. İcra hakimi 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. \\ gundelik-baku.com \\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru