Pirverdiyevdən şok rüsvayçılıq: maaş yerinə ərzaq paylayır

15-11-2016, 01:10           
Pirverdiyevdən şok rüsvayçılıq: maaş yerinə ərzaq paylayır
“Azərenerji” ASC-də əmək haqqı əvəzinə kənd təsərrüfatı məhsulları təklif olunur teref.az bildirir ki, bu barədə politika.az-a daxil olan məlumatda qeyd olunur. Qurumdakı mənbədən sızan xəbərdə deyilir ki, iqtisadi böhran rəhbərliyə təsir edibmiş. ASC prezidenti Etibar Pirverdiyev də krizisdən çıxmağın analoqsuz yolunu tapıb. İşçilərə verilən maaşın müəyyən hissəsinə pul əvəzi ərzaq malları ödənilir. Bildirilir ki, Pirverdiyevin bu hərəkəti işçilər arasında narazılıq doğurub. Çünki ASC əməkdaşları özlərini təhqir olunmuş sayır. Sanki xeyriyyə fondudur və aztəminatlı ailələrə yardım olunur. Qaynağımız qeyd edir ki, “Azərenerji” ASC-də xeyli vaxtdır maaş problemi var. Rəhbərlik də “orijinal” çıxış yolu taparaq bu addımı atıb. Məqsəd bu praktikanı geniş yaymaqla, pul çatışmazlığını aradan qaldırmaqdır. Maaş əvəzinə kartof, soğan, yağ, çay və başqa ərzaq məhsulları paylanır. Azərbaycan reallığında məmurların hər bir işə əl atması mümkündür. Məlumatda qeyd olunur ki, ölkədə struktur islahatlarının davamı gözlənilir. Bu halda Etibar Pirverdiyevin islahatların “qurbanı” olacağı birmənalıdır. Hakimiyyətin iqtisadi sahə üzrə başbilənləri hesab edirlər ki, bu dövlət strukturu əlavə xərc və lazımsızdır. Onun indiyə qədər fəaliyyəti də vətəndaşlara problerm yaratmaqdan ibarət olub. Onsuz da "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən qərar verilib. Bu isə Etibar Pirverdiyevin səlahiyyətlərinin azaldılması deməkdir. Bundan sonra isə qurumun tamamilə ləğvi gözlənilir. Ümumiyyətlə, “Azərenerji” ASC-nin fəaliyyətinin auditi ölkənin elektrik enerjisi operatorunun maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarıb. “Azərenerji”nin gəlirlərinin bu cür kəskin aşağı düşməsinin səbəbləri məlum deyil. Çünki operatorun istehsal etdiyi elektrik enerjisinin topdansatış və pərakəndə satış qiyməti maya dəyərindən yüksəkdir. Yəni şirkətin ziyanla işləməsi, yaxud gəlirlərinin bu cür kəskin aşağı düşməsi üçün iqtisadi səbəblər yoxdur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.