Beyləqanda icra başçısının sürücüsü qırmızı işıq saymır

25-11-2016, 01:34           
Beyləqanda icra başçısının sürücüsü qırmızı işıq saymır
Son vaxtlar ayrı-ayrı məmurların özləri və sürücüləri ilə bağlı avtoxuliqanlıq halları haqda mediada məlumatlar yayılır. Bu sırada icra başçılarının avtomobilləri də yer alır. İndi isə cumhuriyyet.az-a Beyləqan rayon icra hakimiyyəti başçısının 11 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobili ilə bağlı məlumat daxil olub.
Beyləqandakı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə icra başçısının xidməti avtomobili rayon daxilində yol hərəkəti qaydalarına əməl etmir. Belə ki, 11 AA 001 dövlət nömrə nişanlı avtomobil dəfələrlə svetaforun qırmızı işığında yolu keçir. Rayon sakinlərinin bildirdiyinə görə belə yol hərəkəti qaydalarının pozulması zamanı icra başçısının özü avtomobildə olmasa da sürücünün bu hərəkətləri narazılıq yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru