Beyləqanda müəllimlərin üsyanı gözlənilir

25-11-2016, 01:20           
Beyləqanda müəllimlərin üsyanı gözlənilir
Beyləqan rayon məktəblərinə Təhsil Nazirliyinin vacib proseduralarından keçməyib, yalnız Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın «rüşvət testindən» keçərək işə götürülən müəllimlərin sayı barədə ötən yazılarımızda oxucularımıza geniş məlumat vermişdik. Bu günləri həmin müəllimlərlə bağlı daha bir maraqlı məlumatlar verilib. Etibarlı mənbədən verilən məlumatlara görə, Beyləqanda təhsil müdirəsinin «rüşvət attestatsiyasından» keçərək işə götürülüən müəllimlərin etirazına səbəb olacaq daha bir məlumatlar dolaşır. Qaynağımız iddia edirlər ki, Xuraman Rüstəmovanın «rüşvət testindən» keçən müəllimlər verdikləri pulları geri istəyirlər. Onlara bu gün məlum olub ki, onlar müəllim işləmələri üçün TN-dən vacib prosedualardan keçməyiblər. Buna görə də həmin müəllimlər təhsil şöbəsinə gələrək pullarının qaytarılmasını tələb edirlər. Mənbəmiz iddia edir ki, hətta bəzi müəllimlər pullarını geri almaq üçün müvafiq qrumlara müraciət ediblər. (sonolay) Bəzi müəllimlər isə pullarını geri qaytarılması üçün təhsil müdirəsinə vaxt veriblər və həmin vaxt qədər pullarını geri ala bilməsələr Beyləqan rayon Təhsil Şöbəsinin qarşısında etiraz aksiyası keçirəcəklər. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.