Deputatın 69 yaşlı direktor atası ilə bağlı - RƏSMİ AÇIQLAMA

26-11-2016, 00:12           

Deputat Mahir Abbaszadənin atası Tapdıq Abbasovun Laçın rayonu R.Hümbətov adına Güləbird orta məktəbində direktor olması barədə məlumat vermişdik

Politika.Az-ı məlumatlandıran mənbə bildirirdi ki,T.Abbasovun 70 yaşı olsa da, həmin məktəbdə direktor işləyir. Ona verilən bu xüsusi "imtiyaz”ın səbəbi isə oğlunun deputat olmasıdır.

Laçın rayonu Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məsələ ilə bağlı Politika.Az-a danışarkən bildirdi ki, T.Abbasovun 70 yox, 69 yaşı var: "Tapdıq Abbasov əməkdar müəllimdir. Müqavilə bağlanıb, ilin sonunacan işləyəcək. Növbəti ildən isə bu məsələ ilə bağlı qərar vermək bizim səlahiyyətimizdə olan məsələ deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru