Kənd Təsərrüfatı Nazirliyi cinayətə göz yumur? - TƏFSİLAT

26-11-2016, 23:40           
Kənd Təsərrüfatı Nazirliyi cinayətə göz yumur? - TƏFSİLAT
Kənd Təsərrüfatı Nazirliyi cinayətə göz yumur

Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovun əməlləri niyə araşdırılmır?

Prezidentin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixdə imzaladığı Fərmanda Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr qoyulub.

Adıçəkilən Fərmanın 2.3. bəndində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi nəzərdə tutulur.

Lakin görünən odur ki, aidiyyatı qurum üzərinə düşən vəzifəni icra etməkdə o qədər də maraqlı deyil. Belə olmasaydı KTN Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovla bağlı yazdıqlarımıza biganə qalmazdı. A.Süleymanovun əməllərinə qiymət verilib-verilməyəcəyini, heç olmasa yazılanlarla bağlı hər hansı daxili araşdırma aparılıb-aparılmamasını aydınlaşdırmaq üçün Politika.Az-ın nazirliyə müraciəti cavabsız qaldı. Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev əvvəlcə məlumatla tanış olmadığını dedi və bir gün sonra əlaqə saxlamağı məsləhət gördü. Bir, hətta iki gün sonra isə hörmətli mətbuat xidməti telefonlara cavab verməməklə işini bitmiş saydı. Görünür, KTN-ə rəhbərlik edənlər doğrudan da ölkə başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrdən başqa bütün işlərin öhdəsindən yüksək məharətlə gəlirlər. Məsələn, medianın yazdığı, işıqlandırdığı faktlara göz yummaq.(Politika.Az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.