Qubad İbadoğlu:"Yanvardan metroda gediş haqları qaldırıla bilər"

27-11-2016, 11:59           

Gələn ilin yanvarın 1-dən metroda gediş haqları artırıla bilər.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün facebook səhifəsində qeyd edib.

Q.İbadoğlunun yazdığına görə, "Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2017-ci ildən büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 21,0% az proqnozlaşdırılıb: "Növbəti il üçün metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, gələn il yanvarın 1-dən metroda gediş haqları arta bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru