`Mən doğulandan Bərdədə qaz yoxdur` - Soyuqdan donan körpələr

29-11-2016, 12:27           

Bərdə rayonu, Heydər Əliyev prospektində yaşayan məcburi köçkünlər onların mənzillərinə qaz çəkilməməsindən şikayətlənib. 60 ailənin yaşadığı Meyvə bağları deyilən ərazinin yaxınlığından qaz xətti keçsə də, onlar bu qazdan istifadə edə bilmir.

Sakinlərin Femida.az-a verdiyi məlumata görə, qaz xətti onların evlərinin yaxınlığından keçir. Bunun üçün dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə, Qaz İdarəsinə, Azəriqaz İB-nə müraciət edilsə də, tədbir görən olmayıb.
Xüsusilə azyaşlı uşaqlar soyuqda yaşamağın çətinliyindən gileyləniblər.

Femida.az Bərdə rayonundan hazırladığı videoreportajı təqdim edir:
[media=https://www.youtube.com/watch?v=l_SRErIy7w8]
Miri Məcidli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru