Qarabağda bir güllə də atmayan Qarabağ müharibəsi “veteranı” – Cəlil Xəlilov

30-11-2016, 23:37           
Qarabağda bir güllə də atmayan Qarabağ müharibəsi “veteranı” – Cəlil Xəlilov
Qarabağda bir güllə də atmayan Qarabağ müharibəsi “veteranı” – Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov haqqında ittihamlar səngimək bilmir. Çox sayda veteranlar mətbuatda çıxış edərək Xəlilovu veteran hərəkatını parçalamaqda, təşkilatdan şəxsi maraqları naminə istifadə etməkdə ittiham edirlər. Xəlilov həmçinin ciddi korrupsiya əməllərində, dövlət əmlakını talamaqda ittiham olunur. Sədr müavini hələki bu ittihamlara cavab vermir. Əvəzində ümumi sözlərlə çıxış edir. Redaksiyamıza müraciət edən “Azərbaycan Veteranı” qəzetinin yaradıcısı və baş redaktoru olmuş İsmayılov Bayram Mahmud oğlu məlumat verdi ki, Səbail rayonu ərazisində yerləşən, şəhərin ən bahalı yerində olan Bakı şəhər Veteranlar Şurasına aid olan bina 950 min dollar satılaraq Cəlil Xəlilov tərəfindən mənimsənilmişdir. Onu da qeyd edək ki, Bakı şəhər Veteranlar Şurası 1975-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu məsələyə etiraz edən veteranların çoxluğuna baxmayaraq Cəlil Xəlilov struktur islahatı adı altında Bakı şəhər veteranlat şurasını ləğv edərək yerləşdiyi binanı satmağa nail oldu. Cəlil Xəlilov həmin pulla özünə bahalı avtomobil və bağ evi aldı. Prezidentin II Dünya Müharibəsi veteranlarına verdiyi evdən, Bakı İcra hakimiyyətinin nəzdində olan binadan 3 otaqlı mənzil aldı. Cəlil Xəlilov Cənab Prezdentin 9 mayda veteranlara ayırdığı 500 min manatın böyük hissəsini mənimsəyib. Cəlil Xəlilov özünə rəqib hesab edərək, Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteran polkovnik Rasim Muxtarovu, Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı polkovnik Əzizağa Qənizadəni, Qarabağ və Sİlahlı Qüvvələr veteran polkovnik Məhərrəm Cahangirovu, hərbi tariximizin ən böyük araşdırıcısı, tədqiqatçı jurnalist Şəmistan Nəzirlini Çernobıl qəhrəmanı, Silahlı Qüvvələr veteran polkovnik Kamal Əliyevi, Təhsil Nazirliyində və Respublika Həmkarlar İttifaqında uzun müddət baş mühasib işləmiş Sakit Həmidov kimi mühasib, istedadlı jurnalist, qızıl qələm mükafatı laureate, yəni məni Bayram İsmayılovu təşkilatdan uzaqlaşdıraraq tələbəsi Ülvi, Lətif adlı dostunu və başqa dost tanışını ətrafına topladı. Sanki Veteranlar Təşkilatı Cəlil Xəlilovun şəxsi mülkiyyətidir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi işləmiş, Böyük Vətən Müharibəsi veteran, Sİlahlı Qüvvələr veteran general-polkovnik Tofiq Ağahüseynovu yaxın qohumu təşkilatda bir ay işlədikdən sonra nələrin baş verdiyini görüb uzaqlaşdı. Cəlil Xəlilov bir ayda 2 mühasib işdən azad edib.Respublika Veteranlar Təşkilatında böyük əmək sərf etmiş, Mərkəzi Komitədə şöbə müdiri işləmiş Surxay Tağızadəni qurumdan uzaqlaşdırmışdır. Bu veteranlar döyüşəndə Cəlil Xəlilov 1990-19994- cü illərdə Azərbaycandan rana metal və mal-qara keçirməklə məşğul olub. Döyüşçünün yoldaşı olar. Cəlil Xəlilov döyüş.lərdə iştirakını sübut etmək üçün bir döpyüş yoldaşının adını çəkə bilmir, bir şəkil göstərə bilmir. Cəlil Xəlilov saxtakarlığ və zabit adına yaraşmayan hərəkətlərinə görə sərhəd qoşunlarından qovulmuşdur. Onun saxtakarlığı bugün də davam edir. Müdafiə Nazirliyində bir gün də işləməyən Cəlil Xəlilov həyasızcasına Müdafiə Nazirliyinin formasını geyinərək usta məharət nişanı taxır. Müdafiə Nazirliyinə müraciət edirik ki, bu məsələyə aydınlıq gətirilsin. Şərəfli zabit formasını hər yoldan keçən, Müdafiə Nazirliyində birgün belə xidmət etməmiş bir şəxsin geyinməsi cinayətdir və pis ənənədir. Saytımızda bununla bağlı yazı gedəndən sonra Cəlil Xəlilov rayon veteran təşkilatlarının etirazlarını sakitləşdirmək üçün hər birinə 500 manat pul paylayıb. Cəlil Xəlil cənab Prezidentin veteranlara hədiyyə etdiyi QƏləbə kafesində veteranlara xidməti təşkil etmək əvəzinə kafeni arendaya verib. Kafedə kassa aparatı quraşdırılmayıb, kommunal xərclər təşkilatın hesabına ödənilir və Cəlil buradan ayda 1000 manat qazanır. Cəlil Xəlilov təşkilatın nizamnaməsinə zidd olaraq, rəyasət heyətinin iclasını keçirmədən saxta plenium təşkil edib. O, növbəti dəfə saxtakarlıq edərək Dadaş Rzayevin pleniumdan əvvəl təşkilata gəldiyini plenium iştirakçılarına salam göndərdiyini deyib. Cəlil Xəlilov Dadaş Rzayevin imzasından istifadə edərək maliyyə vəsaiti mənimsəməkdə bugün də davam edir. Qeyd edək ki, Bayram İsmayılov təşkilatda müavin postuna Cəlil Xəlilovun yox, Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı, Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük nüfuza malik, hərbi akademiya məzunu, Silahlı Qüvvələrimizin zabit korpusunun formalaşmasında böyük əməyi olan, Hərbi Akademiyanın və Təlim Tədris Mərkəzinin müəlllimi olmuş polkovnik Adil Haqverdiyevin haqqı çatdığını deyir. (anaxeber.az) Qeyd edək ki, Dadaş Rzayevin hazırki durumu onun yataqdan qalxmasına belə imkan vermir. Respublika veteranları narahatdır ki, təşkilata hal hazırda Cəlil Xəlilov kimi öz maraqlarını güdən və saxtakar biri rəhbərlik edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.