Ağcabədi rayon Taxta Körpü qəsəbəsində yerləşən hərbi hissədə sabun alveri- ZAKİR HƏSƏNOVUN XƏBƏRİ VARMİ?-FOTOFAKT

2-12-2016, 01:05           
Ağcabədi rayon Taxta Körpü qəsəbəsində yerləşən hərbi hissədə sabun alveri- ZAKİR HƏSƏNOVUN XƏBƏRİ VARMİ?-FOTOFAKT
Nazir öz zabitinin əməllərindən agahdırmı?

Son zamanlar MN ilə bağlı şikayətlər səngimək bilmir.Ötən həftə hərbi hissələrdə əsgər ölümü ilə bağlı əsgər anasının fəryadın dərc etmişdik.Bu dəfə yazacağımız yazı heç də bizim cənab nazirimiz Zakir Həsənova yaraşmayan bir xəbərdir.

Əldə etdiyimiz məlumata görə Ağcabədi rayon Taxta Körpü qəsəbəsində yerləşən "N”saylı hərbi bissədə əsgərlər üçün nəzərdə tutulmuş sabunlar, dəsmallar, geyimlər, ”botinkalar” bu hərbi hissədə kapitan vəzifəsində çalışan zabitlər tərfindən satılır və kənd camaatının saxladığı toyuq, hinduşka, qaz, çolpalarla əvəz edilir.

Adı çəkilən hərbi hissədə arxa cəbhə üzrə komandir vəzifəsində çalışan Əvəz Əliyev adlı kapitan hərbi hissənin yaxınlığında məskunlaşan kənd sakinləri ilə əlbir olaraq onlara əsgər ləvazimatlarını ya pul əvəzinə ya da quş,qoyun,quzu ilə dəyişərək dövlət malını mənimsəyir.

Kənd camaatının dediklərinə görə Əvəz Əliyev MN naziri Zakir Həsənovdan gileylənərək maaşının az olmasını və dolana bilmədiyini deyib.

Şəkildə gördüyünüz bu sabunlar və ləvazimatlar həmin hərbi hissədən kənd camatına verilən lavazimatlardı hansı ki, sakinin evində bu fotoları əməkdaşımız əldə edib.

FAKTLA BAĞLI ARAŞDIRMAMIZ DAVAM EDİR.
QARŞI TƏRƏFİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ
(liderinfo)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru