“Yeraz Mehman”ın qumar şəbəkəsi tam çökdürülüb, özü isə gizlənir

3-12-2016, 00:51           
“Yeraz Mehman”ın qumar şəbəkəsi tam çökdürülüb, özü isə gizlənir
teref.az azinforum.az-a istinadən xəbər verir ki, ölkənin “qara” qumar biznesi manopoliyasına nəzarəti həyata keçirən “Yeraz Mehman” və onun şəbəkəsi ciddi problemlə üzləşib. Son vaxtlar hüquq -mühafizə orqanlarının qanunsuz qumar oyunları ilə bağlı mübarizəni daha da gücləndirməsi sözügedən şəbəkə üçün keçilməz səd yaradıb. İstəklərini gizli məkanlar vasitəsilə həyata keçirə bilməyən qumarbaz şəbəkə, çıxış yolunu mobil telefonlara göndərilən ismarıclarda görüb. Onlar bu vasitə ilə mərc proqnozlarını qəbul edirmiş. Bu məqam hüquq-mühafizə orqanlarının diqqətindən yaynmayıb və keçirilən əməliyyat nəticəsində “Yeraz Mehman”ın ən yaxın iki adamı həbs edilib. Hazırda onlar barəsində əməliyyat-istintaq hərəkətlərinin aparıldığı bildirilir. Həbs edilənlərdən birinin adı Nicatdır, digərinin adını dəqiqləşdiririk. Qumarbazlar Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. “Silahdaşlarının” hadisədən sonra, “Yeraz Mehman”da yoxa çıxıb. Onun da həbs edilmə etimalının yüksək olduğu söylənilir. “Yeraz Mehman”ın əzəli yaxın şəriklərindən biri olan Rüfət adlı qumarbaz isə yenə də sudan quru çıxmağı bacarıb. Çünki onun adı heç vaxt belə işlərdə hallanmayıb. Ancaq Rüfətin bu şəbəkənin əsas beyin mərkəzi olduğu söylənilir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.