GÖRƏDİLDƏKİ "DƏNİZ" MARKET KƏND ƏHALİSİNİ AYAĞA QALDIRIR - SAXTA MALLAR VƏ SÜNİ QİYMƏT ARTIMI
5-12-2016, 01:06

7News.az xəbər verir ki, son aylar ölkədə və dünyada baş verən iqtisadi proseslər fonunda yaranan neqativ şəraitdən bəzi sahibkarlar sui istifadə edirlər. Redaksiyamıza daxil olan şikayətlərin bəziləri süni qiymət artımı ilə bağlıdırsa, digər bir tərəfdən məhsulların keyfiyyəti ilə əlaqədardır. Redaksiyamıza daxil olan digər bir şikayəti sizə təqdim edirik:
Abşeron rayonunda, Görədil və Fatmayi kəndinin kəsişməsində yerləşən "Dəniz" marketin fəaliyyəti uzun müddətdir ki, hər iki kəndin əhalisinin ciddi naraziligina səbəb olub. Bu market qiymətləri süni şəkildə qaldırır, səbəbini soruşanda da yalandan atırlar hökumətin üstünə. Sanki bilərəkdən əhalini hökumətə qarşı təxribata yönəldirlər.
Bundan əlavə tez-tez köhnə, istifadə vaxtı keçmiş və hətta süni ərzaqları əhaliyə, xüsusən də azyaşlı və qocalara aldadıb satırlar. Dünyanı öz cənginə almış süni, plastik düyülərə bu marketdə də rast gəlmək mümkündür.
Aldanmış insanlar dükana qayıdıb aldığı ərzağı geri qaytarmaq istədikdə isə müştərilərə "bu malı bizdən yox başqa dükandan almısan" deyərək yola verirlər.
İşçi heyəti qaraqabaq və acıdilli oğlanlardan ibarət olan bu marketdə antisanitariya baş alıb gedir.
Tərəvəz məhsulları yerdə, gigiyenik malların bir qismi yerə tökülmüş halda, alıcılarla mübahisələr, qaba rəftar və s.
Həmin ərazidə bir neçə normal, təmiz dükan var və əhaliyə pis xidmət göstərən və onları əsəbiləşdirən bu çirkin yuvanın varlığına heç bir ehtiyac yoxdur.
Ümüdvarıq ki, bu market aidiyyatı qurumlar tərəfindən yoxlanılacaq və müvafiq tədbirlər görüləcək.
7News.az olaraq "Dəniz" marketin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin bütün mümkün informasiya məlumat mərkəzlərində bu marketlə bağlı heç bir əlaqə vasitəsi tapa bilmədik. İstənilən halda mövqelərini dərc etməyə hazırıq.