Yasamalın icra başçısı cırılmış Dövlət Bayrağını niyə görmür? - FOTO

5-12-2016, 13:00           
Yasamalın icra başçısı cırılmış Dövlət Bayrağını niyə görmür? - FOTO
Yasamal rayon İcra Hakimiyyətinin binasından cəmi 130 metr məsafədə yerləşən park var. Parkın 2008-ci ilin sentyabrında təmirdən sonra açılışı olmuşdu. 1978-ci ildə Musabəyovun heykəlinin ucaldılması ilə "Musabəyov parkı" adını alan bu park paytaxt sakinlərini keçmiş kommunist, 1929 - 1931-ci illərdə o dövrün parlament sədri olan Qəzənfər Musabəyovun abidəsi ilə qarşılayardı. Parkın yeni layihəsində Musabəyovun heykəlinin yeri boş qalmışdı. İstənilən halda abidənin yerində heykəl olacaqdı. Ancaq heykəlin yerində Azərbaycan bayrağı dalğalandı. Amma bu gün həmin bayraq baxımsız qalıb.

FaktXəbər-in məlumatına görə, bir həftədən artıqdır yarısını külək cırmış Azərbaycan bayrağına nə baxan var, nə də dəyişdirən. "Baxan yoxdur" ona görə deyirik ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı və ya müavinləri gündə heç olmasa bircə dəfə isti otaqlarının pəncərəsindən görünən o bayrağa baxsaydılar, çoxdan cırılmış bayrağı görər və dəyişdirərdilər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru