“Bazarstore”-da natəmizlik-şirniyyatın üzərində tarakan+Fotolar

6-12-2016, 01:24           

Bakıda məşhur supermarketlərdən birində xoşagəlməz hal ortaya çıxıb

teref.az Baku.ws-ə istinadən xəbər verir ki, "Bazarstore” mağazasının "28 Mall”da yerləşən filialında şirniyyatın üzərində tarakanların gəzişdiyi məlum olub.

Bu barədə narazı müştərilər sosial şəbəkələrdə paylaşım ediblər. Hətta böcəyin şəklini də çəkərək Facebook-da paylaşıblar.
Həmin açıqlamanı təqdim edirik:
"Dəyərli müştərilərimiz, 28 Mall mağazamızda baş verən xoşagəlməz hadisədən ötrü təəssüflənirik. Həmin mağazamız gündəlik olaraq təchizatçı firmalardan tonlarla məhsul qəbul edir. Bizim təxminimizə görə, kənardan gələn karton qutulardan mağazamıza düşmə ehtimalı vardır. Qeyd etmək istəyirik ki, bütün mağazalarımızda müntəzəm olaraq profilaktik pest-kontrol (dezinseksiya, deratizasiya) yoxlamaları aparılır. Məsələn, sonuncu kontrolun hesabatı əlavədədir. Bu məsələ yenidən pest-kontrol komandası ilə araşdırılır və təcili tədbirlər görülməkdədir. Belə bir hal yaşandığı üçün bütün müştərilərimizdən üzr istəyirik”.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru