“Regionlara ayrılan 36 milyon hara xərclənib?” - Vahid Əhmədov

7-12-2016, 00:14           

Milli Məclisin büdcə müzakirələrində çıxış edən deputat Vahid Əhmədov ƏDV ilə bağlı diferensial vergi sisteminin tətbiqinə çağırdı: “Aparılan islahatlar hərtərəfli olmalıdır, həm instisional, həm kadr islahatları aparılmalıdır. Yalnız bu halda problemlərin həllinə nail olmaq mümkündür”.

V.Əhmədov bir sıra qapalı təşkilatlara böyük miqdarda vəsaitlərin ayrıldığını, lakin burada xərcləmə ilə bağlı araşdırmaların aparılmadığını vurğuladı: “Biz ölkədə inkişafa nail olmaq istəyiriksə, elmə ayrılan vəsaitləri artırmalıyıq”.

Həmçinin iki devalvasiyadan sonra əhalinin maaş və pensiyalarına əlavələrin edilməsini zəruri saydı.
Deputat bankların bağlanmasına qarşı çıxdı: “Biz bank sistemini sağlamlaşdırmasaq, ölkədə inkişafa nail ola bilmərik”.
V.Əhmədov Tarif Şurasının qiymət artımı ilə bağlı qərarından danışdı: “Burada iki məqsəd ola bilər: ya biz dövlət büdcəsinə əlavə vəsait daxil etmək istəyiblər, ya da hansısa şirkətlərin istəyi nəzərə alınaraq bu qərar verilib. İndi deyirlər bu artımın 60-70 faiz əhalitə təsiri yoxdur. Bunlar düzgün deyil. Qiymət artımına qədər əhalinin 80 faizi ödəniş edə bilirdi, insanların imkanı yox idi. Bundan sonra heç 80 faiz miqdarında da vəsaitləri yığmaq mümkün olmayacaq. Bİz əhaliyə millət vəkili olaraq necə cavab verəcəyik? Deyirlər bu qərarla müəyyən vəsaitlər cəlb olunacaq. Mən iqtisadçıyam, yüz nöqtədən bu vəsaitlərin cəlb olunmasını göstərə bilərdim. Tarifləri artırmağa ehtiyac yox idi”.

Daha sonra V.Əhmədov hökumətə sual etdi: “Son illərdə regionlara 36 milyard vəsait ayrılıb. Bu vəsait hara xərclənib?”(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.