Bərdə rayonundan Qarabağ əlili prezidentə müraciət etdi - ŞİKAYƏT

8-12-2016, 08:50           
Bərdə rayonundan Qarabağ əlili prezidentə müraciət etdi - ŞİKAYƏT
teref.az olaraq Bərdə rayonundan poçtumuza daxil olan bu şikayət məktubunu diqqətinizə çatdırırq:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

CƏNAB İLHAM ƏLİYEVƏ.

SÜRƏTİ:

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ.

AZƏRBAYCAN RESPUBLİKASININ ƏƏSM NAZİRİ.
CƏNAB SƏLİM MÜSLÜMOVA.

BƏRDƏ RAYON İCRA HAKİMİYYƏTİNƏ.

BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİNƏ.

BƏRDƏ RAYON SƏLƏBİLƏR BƏLƏDİYYƏSİƏ.

Bərdə rayon, Sələbilər kəndində yaşayan 2-ci qrup Qarabağ müharibə əlili, Prezident təqaüdçüsü çavuş Əsədov Elman Yunis oğlu tərəfindən.

Ə r i z ə

Hörmətli Prezident !

12.10.2016-cı il tarixdən müraciətimə baxılmır, bildirmək istəyirəm ki, dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam, 2-ci qrup Qarabağ Müharibə əliliyəm., Prezident təqaüdçüsüyəm, Ailəliyəm 3 azyaşlı övladım var. Qanuna müvafiq olaraq Cənab Ali Baş Komandanın göstərişlərinə əsasən güzəştli qaydada mənzil növbəsinə dayanmağım və mənzillə təmin olunmsağım barədə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdim, 07.12.2016-cı il tarixdə Bərdə rayon İcra Hakimiyyətinə məni qəbula dəvət etdilər, orda məni Memarlıq Şöbə rəisi qəbul etdi, müəyyən bəhanələrlə məni başından edərək, növbəyə götürmək istəmədi, hal-hazırda mən 5 nəfər ailə üzvlərimlə birlikdə yaşamağa yerimiz yoxdur, mənzillə təmin edilməmişəm, vətənim Azərbaycan uğrunda əlil olsamda, sağlamlığımı itirsəmdə Bərdə rayon İcra Hakimiyyəti mənə qarşı ədalətsiz mövqe tutur, Cənab Ali Baş Komandanın Qarabağ əlillərinə qarşı humanist göstərişlərini icra etmir, mənə və Ali Baş Komandanın sərəncamlarına qarşı etinadsızlıq edirlər. Məcbur qalıb bütün dövlət orqanlarına müraciət edirəm, mənə kömək edəcəyinizə inanıram.

Hörmətli Prezident !

Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən Bərdə rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlillərinin siyahısına əlavə edilməyimə, mənzillə təmin olunmağıma göstəriş verəsiniz.

07.12.2016-cı il. İmza: Əsədov Elman Yunis oğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.