Əlillər Fazil Məmmədova müraciət etdilər - Müraciət

9-12-2016, 12:53           
Əlillər Fazil Məmmədova müraciət etdilər - Müraciət
teref.az olaraq poçtumuza daxil olan müraciəti təqdim edirik:
VERGİLƏR NAZİRİ HÖRMƏTLİ FAZİL MƏMMƏDOVA
SURƏTİ KİV-Ə VƏ BAĞLANTILI QURUMLARA
Hörmətli nazir!
Sizə saytınız yolu ilə bir aydır müraciət edib,Əlillərin Müdafiə Komitəsinin üzvü,gözdən hərbi xidmət əlili, 2 körpə uşaq atası,Azərbaycan Ordusunun ehtiyatda-istefada olan zabiti Elyar İsrail oğlu İsmayılovun 11.11.2016 tarixindən məhkəmə qərarı olmadan həbsdə saxlanmasının onun ölüm təhlükəsi nədənindən girovluğumuza verilməsini,qəbul olunma hüququmuzu təmin etməyinizi diləyirik.1 aydır VN Aparatı “Vətəndaşların müraciətləri haqqında” qanunu yanlış izah və tətbiq edərək,konstitusion müraciət və qəbul olunma hüququmuza qadağa qoyub ki,sözügedən qanunun 6.6 maddəsinə əsasən həbsdə olan şəxsin nümayəndəsi olmağımızın notarial qaydada təsdiq edilən sənədi yoxdur.Bu maddənin yanlış tətbiq edilməsi göz önündədir.Birincisi,həbsdə olan şəxslə necə müqavilə bağlayaq?İkincisi,biz həbsdə olan gözdən əlilin nümayəndəsi kimi yox,öz adımızdan Sizə müraciət edib,qəbul olunmağımızı diləyirik.Görünür,müraciətimiz Sizə verilmir,ona görə də KİV yolu ilə müraciət etməyi qərara aldıq.
Hörmətli nazir!
Sizin və rəhbəri olduğunuz Aparatın daim Qarabağ əlillərinə,şəhid ailələrinə,sahibkarlara diqqət və qayğısını görmüşük.Yerlərdə isə bəzi üzdəniraq vergi əməkdaşları əlil,çəhid ailələrinin dərman,çörək puluna göz dikiblər.Bu barədə Sizə bilgi verəndə anında hüquqi,insanlıq yardımınızı göstərmisiniz.Di gəl,vurğuladığımız kimi,11 noyabr 2016 tarixində axşam saatlarında gözdən əlil Elyar İsmayılovun qanunsuz,insanlığa sığmayan həbsinə hələ də reaksiyanız yoxdur.Bəli,Elyar İsmayılovun həbsi həm qanunsuzdur,həm də insanlığa ziddir.Birincisi,heç kimin,özəlliklə vergi əməkdaşının kimisə yaşayış,iş yerindən akt,protokol tərtib etmədən,qərar olmadan zorla aparıb,həbs etmək hüququ yoxdur.Həbs etmə səlahiyyəti yalnız məhkəməyə aiddir.İkincisi,Konstitusiyanın 61-ci maddəsinə görə tutulan anda şəxs müdafiəçilə təmin olunmalıdır.Ana Qanunun 63-cü “Təqsirsizlik prezumpsiyası” maddəsinə görə,məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan heç kim cinayətdə təqsirli sayıla bilməz. Vergi orqanı isə gözdən əlilin təqsirli olması barədə məhkəmə qərarı olmadan iformasiya yayıb.Üçüncüsü,gözdən əlil,2 körpə uşaq atası barədə həbs qətimkan tədbirinin seçilməsi də qanunsuzluğu ilə yanaşı,insan hüquqlarına və əsas azadlıqlara tüpürməkdir.Fikir verin,əlil barəsində həbs seçilməsi saxlandıqdan 7 gün sonra-17.11.2016-da qərara alınıb.Əlilə verilən qərarda isə Yasamal məhkəməsinin hakimi Sərdar Mehrəliyevin 12.11.2016 tarixli 4(004)-1119/2016 nömrəli qərarı ilə həbs seçildiyi yazılıb.Bu qərarın saxtalığı göz önündədir.Tutaq ki,vergi müstəntiqi bilmir,hakim Sərdar Mehrəliyev də bilmir ki,cinayət işlərində qərarın nömrəsi üçrəqəmli olur?12.11.2016 tarixli qərarın nömrəsi axı dördrəqəmlidir!Belə çıxır,ya Sərdar Mehrəliyev köhnə tarixə saxta savadsız qərar çıxarıb,ya da müstəntiq onun adından qərar qəbul edib.İstənilən halda hakimiyyətin mənimsənilməsi dövlətə qarşı ən ağır cinayətdir.Məhkəmələrin həbs seçilməsində rüşvəti əsas tutmaları günümüzün gerçəyidir.Bəs vergi müstəntiqinə nə gəlib?İstintaq orqanı hansı əsasla gözdən əlili,2 körpə uşaq atasını şəxsi mülahizəsi əsasında cinayətdə təqsirli bilib,həbs seçib?Axı hələ heç bir sübut-dəlil yoxdur.Müstəntiqlərin Konstitusiyanı,Cinayət Prosessual Məcəlləni (CPM) oxuması daha məntiqli olar,nəinki gözyumulu gözdən əlilə həbs seçmək.Ali Qanunda,da CPM-də yazılıb ki,təqsirli şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyil,ifadə verməyə məcbur edilə bilməz,heç bir ifadənin,dəlil-sübutun məhkəmə üçün öncədən qəbul edilmiş qüvvəsi yoxdur.İstintaqın məhkəməyə təzyiqi də söz qonusudur.Fikir verin,sanksiyasında cərimə də nəzərdə tutulan maddə ilə təqsirləndirilən 2 körpə uşaqlı gözdən əlilə aşağı-yuxarı instansiyalar istintaqın təzyiqilə həbs qərarı verirlər.Müstəntiqin “sübutu” isə qanunsuz idman mərc oyunlarından 14 ay ərzində gözdən əlilin 168 min manat gəlir əldə etməsidir.Sual olunur:14 ay qanunsuz mərc oyunları 2 ay qabaq işə başlayan köşkdə necə keçirilə bilər?Bəs bura nəzarət edən vergi orqanı,polis,prokuorluq,Maliyə Bazarlarına Nəzarət Palatası,Gənclər və İdman Nazirliyinin (GİN),İqtisadiyyat Nazirliyinin (İN) müvafiq qurumları hara baxırdı?Belə çıxır,bu qurumlar nəyinsə qarşılığında ya göz yumublar,ya da oyun-moyun olmayıb.İndi müstəntiq hansı əsasla VN də içində olmaqla bağlantılı qurumları da şübhə altına alıb?Bir daha bildiririk ki,16.09.2016 tarixində biz GİN-ə,İN-ə PA,NK,DİN,VN-i bilgiləndirməklə idman mərc oyunlarının keçirilməsinə lisenziya-razılıq verilməsi üçün müraciət etmişik və 1 ay müddətində cavab verilmədiyindən (11.11.2016-da) fəaliyyətə başlamağımız icazəli sayılır.Qanunun tələbi belədir.GİN-dən 22.11.2016 tarixli və (NK-dan göndərilən müracəitə) 29.11.2016 tarixli məktubla cavab verilərək “Aəridmanservis”” MMC-yə tapşırıq verilib və MMC-dən bildirilib ki,lisenziya hüququ yalnız TOPAZa məxsusdur,sahibkar kimi onunla müqavilə bağlaya bilərik.(Bu məktubları Sizə yazılı müraciətimizə əlavə etmişik və istintaq orqanına da təqdim olunub) İN-dən isə cavab verilib ki,idman mərc oyunlarının keçirilməsinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir.Göründüyü kimi,gözdən əlil sahibkarın fəaliyyəti qanunsuz olmayıb,əksinə onun sahibkarlıq fəaliyyətinə qanunsuz qadağa qoyulub.Onu da vurğulayım ki,bütün dövlət qurumları əlillərin işlə təminatı,sahibkarlıq fəaliyyəti üçün şərait yaratmağa borcludur.Gözdən əlilin valyuta dəyişmə,idman mərc oyunu kimi nisbətən asan,rahat fəaliyyətlə məşğul olmasına dövlət özü şərait yaratmalıdır,nəinki onun dərman,çörək puluna göz dikib həbsdə öldürülməsinə.Necə olur,keçmiş ƏƏSM naziri əlillərə “ayaqqabı silmək biznesi” təşkil edirdi,indi də əlillər ağır şəraitdə nəqliyyat nəzarətçisi,tikinti və s. ağır işlərdə çörək pulunu qazanır,amma belə otaq şəraitində işlərə baş qoşanda məhbəslə mükafatlandırılırlar?GUYA 168 MİN MANAT GƏLİR ƏLDƏ EDİB.Bəs hanı bu 168 min manat?Gözdən əlilin 2 körpə uşaqlı ailəsi niyə kirayələrdə qalır?Bu sahə belə gəlirlidirsə,niyə “beynəlxalq” arenaya çıxmasın?Lap tutaq ki,gəlir 168 min olub,axı,dövlətə dəyən ziyan nə qədərdir?Sadələşdirilmiş vergi yolu ilə dövlətə cəmi 6720 manat ziyan dəyməsini hesablamaq belə çətindir?.Buna görə gözdən əlilə ölüm hökmü çıxarılmalıdır?
Hörmətli nazir!
Gözdən əlil Elyar İsmayılovun həyatı təhlükədədir.Onun qan təzyiqi 180-dən aşağı düşmür.Sizdən bizi qəbul edib,əlilin barəsində həbs qətimkan tədbirinin başqa tədbirlə əvəz olunmasına yardımçı olmağınızı diləyirik.
Sayğılarla,Əlillərin Müdafiə Komitəsinin başqanı,
DİN-in 1-ci qrup Qarabağ əlili,jurnalist Məğrur Bədəlsoy və daha 39 əlil












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.