HÜSEYNBALA MİRƏLƏMOV BAHALAŞMADAN ƏZİYYƏT ÇƏKMƏMƏYİN YOLUNU GÖSTƏRİR - DEPUTATDAN "FAYDALI" MƏSLƏHƏTLƏR

9-12-2016, 14:40           

Ölkədə kommunal xidmətlərin bahalaşması, manatın ucuzlaşması fonunda yaranmış sosial-iqtisadi problemlər ölkə mediasının əsas müzakirə mövzularından biridir. Son zamanlar hakim partiya funksionerlərinin çıxışlarında isə problemin həllinə dair çağırışlardan daha çox xalqa mesajlar verilir. Sən demə, Azərbaycan xalqI çox yeyəndir və israfçıdır. Bunu əllərində bayraq edən YAP-çılar xalqı ayağını yorğanına görə uzatmağı, xərcləri azaltmağı tövsiyyə edir.
Gununsesi.info xəbər verir ki, belələrindən biri də YAP Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmovdur. Bu şəxs millət vəkili olmaqla yanaşı həm də qanunsuz bizneslə məşğuldur. Kifayyət qədər geniş maliyyə imkanlarına malik olan Hüseynbala Mirələmov xalqın böhrandan zəiyyət çəkməməsi üçün məsləhət verib:
“Ayağını yorğanına görə uzat.Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.
Xalqı arırlamağa çağıran deputatın özünün çəkisi kifayyət qədər çoxdur. Ona görə də elə bu tövsiyyəyə birinci onun özü əməl etsə yaxşı olar. Ölkə insanını isə düşündürən sadəcə gündəlik yaşam məsələsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru