“Petro-HongKong-Pirsaat Oil limited”də antiAzərbaycan əhvalı - sabahdan ixtisarlar olacaq

12-12-2016, 14:16           
“Petro-HongKong-Pirsaat Oil limited”də antiAzərbaycan əhvalı - sabahdan ixtisarlar olacaq
Azərbaycanda fəaliyyət göstərən Çinin “Petro-HongKong-Pirsaat Oil limited” şirkəti yerli işçilərin ixtisarına başlayıb. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, şirkətdə çalışan azərbaycanlı işçilər tərəfindən təşkilata müraciət daxil olub. “Ölkədə reallaşdırılan neft layihələrində podratçı, subpodratçı qismində iştirak edən şirkətlərdə işçilərin ixtisarı aparılır. Çin şirkətində də işçilərə dekabrın 12-dək vaxt veriblər. İşçilərin sözlərinə görə, sabahdan ixtisarlar olacaq. Şirkət son 2 ayda 30-a yaxın əməkdaşını işdən çıxarıb”, - M.Qəhrəmanlı deyib.

Şirkətdə çalışanların əksəriyyəti mülki müqavilə və ya aylıq müqavilə ilə işləyiblər. “İşçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Təşkilat şikayəti araşdırır. Şirkət Ələt və Pirsaatda fəaliyyət göstərib. Hazırda ölkədəki digər əcnəbi şirkətlərində də yerli işçilərin ixtisarı gedir”, - təşkilat rəhbəri deyib.
Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru