Azərbaycanda avtomobil sığortasının qiymətləri - CƏDVƏL

13-12-2016, 00:32           

İqtisadi vəziyyət insanları xərclərinə qənaət etməyə və əlavə xərcləri azaltmağa vadar edir. Amma hazırkı vəziyyətdə cibə qənaət etməyin ən yaxşı yolu gözlənilməyən əlavə riskləri sığortalamaqdır.

Buna, xüsusilə də ev sığortası, tibbi sığorta ilə yanaşı, ziyan dəymə riskinin daha çox olduğu avtomobil sığortasını misal göstərmək olar. Bəs hazırda avtomobili sığortalamaq neçəyə başa gəlir?

teref.az xəbər verir ki, fins.az məsələ ilə bağlı Azərbaycan sığorta bazarında qiymətləri və şərtləri araşdırıb.

Şirkətlərdən verilən məlumata görə, avtomobilin istehsal tarixindən, bazar qiymətindən, azadolma məbləğindən, sürücülük təcrübəsindən və bir sıra amillərdən asılı olaraq sığorta haqqı arta və ya azala bilir.

Ona görə də, bazar qiyməti 10 min manat olan avtomobil misalı üzərində qiymətlər müəyyən edilib.

1994-ci ilin avtomobilini də kasko sığortalamaq olar

Sığorta bazarında “AtaSığorta” şirkəti 1994-cü ildən, “A Qroup Sığorta” isə istehsal tarixi 1996-cı ildən yuxarı olan avtomobilləri sığortalayırlar. Əksər şirkətlər isə istehsal tarixi 2000-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər. Azadolma məbləği isə əksər şirkətlərdə standart olaraq 100 manat nəzərdə tutulub. Şirkətlərin yalnız bəzilərində 200-250 manat franşiza mövcuddur.

Ən ucuz kasko 200 manatdan başlayır

Sığorta bazarında kasko sığorta üzrə ən aşağı qiymət tam təminatla 2-2,5% tarifdən başlayır. Bu qiymətə kasko sığortanı müştərilərinə “PAŞA Sığorta” və “AzSığorta” şirkətləri təklif edir.
“PAŞA Sığorta”da kasko qiymətləri 200 manatdan başlayır.

Şirkətdən verilən məlumata görə, istehsal tarixi 2002-ci ildən yuxarı 10 min manatlıq avtomobili sığortalamaq avtomobilin marka modelindən aslı olaraq 200-285 manata başa gəlir.

“AzSığorta” şirkəti isə ən aşağı tarifi krossover modellərinə və 3-dən artıq avtomobilini sığortalayan müştərilərə şamil edir. Belə ki, daxili statistikaya əsasən, krossover model avtomobillərdə qəza riski daha aşağıdır. Bu, həmin avtomobillərin nisbətən hündür olması nəticəsində hərəkətdə olarkən sürücülərin mümkün qəza risklərini əvvəlcədən görüb, yayına bilmələri ilə bağlıdır.

Məsələn, 10 min manatlıq krossoveri sığortalamaq bu şirkətdə 250 manata başa gəlir. Digər avtomobillərdə isə tarif 2,8-2,9%-dən başlayır. Amma bu qiymətə olan kasko sığortaya avtomobilin yalnız adi servisdə təmiri daxildir. Əvvəlcədən avtomobilinin rəsmi servisdə təmir edilməsini istəyən müştərilər isə orta hesabla 10 min manatlıq avtomobilin könüllü sığortası üçün 350 manat ödəməli olacaqlar.

Adi servisdə təmirlə kasko sığorta 260 manatdan başlayır

Kasko sığorta ilə bağlı növbəti aşağı qiyməti “Azərbaycan Sənaye Sığorta” şirkəti təklif edir. Şirkətdən fins.az-a verilən məlumata görə, kasko sığorta tarifi 2,6%-dən başlayır. Məsələn, 10 min manatlıq avtomobili bu şirkətdə 100 manat azadolma məbləği ilə 260 manata sığortalamaq olar. Bir şərt var ki, avtomobilin istehsal tarixi 2005-ci ildən yuxarı olmalıdır və təmir seçimini isə sığorta şirkəti edir.

Avtomobilinin rəsmi servisdə təmirini istəyən müştərilər isə bunun üçün 310 manat ödəməlidirlər. “Standard İnsurance” və “Günay Sığorta”da adi təmirlə kasko almaq istəyən müştəri 300 manat, “Atəşgah Sığorta”da 317 manat, “Xalq Sığorta”da 300-320 manat sığorta haqqı ödəməlidir.

Rəsmi servis seçimi ilə kasko sığorta 300 manatdan başlayır

Avtomobilinin rəsmi servisdə təmir edilməsini istəyən müştərilər isə kasko sığorta üçün daha çox ödəməli olacaqlar. Belə ki, bu seçimlə kasko sığorta 310 manatdan başlayır.

Məsələn, istehsal tarixi 2000-ci ildən yuxarı 10 min manatlıq avtomobilin rəsmi servisdə təmirlə kasko sığortasını “Azərbaycan Sənaye Sığorta” 310 manata, “Atəşgah Sığorta”da 337 manata, “AtaSığorta” 340 manata, “AXA MBASK” istehsal tarixi 2012-ci ildən yuxarı avtomobilləri 385 manata təklif edir. Bazar üzrə digər şirkətlərin qiymətləri 350-460 manat arasındadır.

“AXA MBASK” kaskoda 15-20% endirim edir

Bəzi sığorta şirkətləri kasko sığortaya endirim və hissəli ödəniş də təklif edirlər. Məsələn, “Ulduzum” tarifinə qoşulan müştərilərə “AXA MBASK”da kasko sığorta alan zaman 15-20% endirim edilir. Məsələn, adi qaydada istehsal tarixi 2001-ci ildən yuxarı avtomobilin kasko sığortası 470 manata başa gəlirsə, endirimlə kasko sığorta 376-400 manata satıla bilər.

“İpək Yolu Sığorta” və “Günay Sığorta”dan hissəli ödəniş təklifi

“İpək Yolu Sığorta” şirkəti isə hətta 12 aya hissəli ödənişlə kasko sığorta təklif edir. 10 min manatlıq maşının kasko sığortası 350 manat təşkil edirsə, müştəri bu ödənişi hər ay 30 manat olmaqla ödəyə bilər.

Ödəniş müddətində qəza baş verərsə, sığorta hadisəsi qüvvədə olur. Yəni, sığorta şirkəti qəzada maşına dəyən ziyanı ödəyir. Müştəri də şirkətə borclu olduğu sığorta haqqını ödəməkdə davam edir. Hissəli ödənişi “Günay Sığorta”da təklif edir.

Sığorta şirkətindən verilən məlumata görə, sığorta haqqını 3 dəfəyə ödəmək mümkündür. Yəni, sadalanan misal üzrə maşının qiyməti 10 min manatdırsa, 300 manat sığorta haqqı hesablanır. Bunu isə müştəri ayda 100 manat olmaqla ödəyə bilir.

Qeyd edək ki, avtomobilini sığortalamaq istəyən vətəndaşlar cədvələ əsasən daha ətraflı məlumat ala bilərlər:



N

Şirkətin adı

Sığorta təminatı

Sığorta haqqı

Franşiza

Avtomobilin istehsal tarixi

Servis

1

Atəşgah Sığorta

10 min manat

317 manat

100 manat

2001–ci ildən yuxarı

Adi

337 manat

rəsmi

2

PAŞA Sığorta

200-285 manat

100 manat

2002-ci ildən yuxarı

Marka və modeldən aslı olaraq


10 min manat

3

Standard İnsurance

10 min manat

360 manat

100 manat

2005-ci ildən yuxarı

Rəsmi

300

adi

4

A Qroup Sığorta

10 min manat

300

100 manat

1996-cı ildən yuxarı

Şirkətin seçimi ilə

5

Xalq Sığorta

10 min manat

300-320 manat

100 manat

2005-cı ildənyuxarı(ABŞ,Avropa,Yaponiya maşınları)

Şirkətin seçimi ilə

200 manat

2011-ci il dən yuxarı (digər maşınlar)

Adi servis

390 manat

Rəsmi servis

6

AzSığorta

10 min manat

280-290 manat

100 manat

2005-ci ildən yuxarı

adi

350 manat

100 manat

2012-ci ildən yuxarı və zəmanəti olanlar

rəsmi

7

AtaSığorta

10 min manat

340 manat

100 manat

1994-ci ildən yuxarı

Rəsmi

300-320 manat

Adi

8

Günay Sığorta

10 min manat

300 manat

3 hissele

100 manat

2000-ci ildən yuxarı

Adi

9

Meqa Sığorta

10 min manat

320-380 manat

100 manat

2006-ci ildən yuxarı

adi

380-400 manat

Rəsmi

10

Azərbaycan Sənaye Sığorta

10 min manat

260 manat

100 manat

2005-ci ildən yuxarı

Şirkətin seçimi ilə

310 manat

Rəsmi

11

AXA MBASK

10 min manat

470 manat

250 manat

2001-2004-cü illər

Adi

405 manat

100 manat

2005- 2010-cu illər

350 manant

2011-ci ildən

385 manat

2012-ci ildən yuxarı

Rəsmi

12

Rəvan Sığorta

10 min manat

350 manat

100 manat

2000-ci ildən yuxarı

Məhdudiyyətisiz

13

Amrah Sığorta

10 min manat

300 manat

200 manat

2007-ci ildən yuxarı

Məhdudiyyətsiz

14

Başak İnam Sığorta

10 min manat

360 manat

100 manat

2010-ci ildən yuxarı

adi

460 manat

Rəsmi

15

İpək Yolu

10 min manat

350 manat

100 manat (şərtsiz)

2000-ci ildən yuxarı

Məhdudiyyətsiz

16

Azərsığorta

10 min manat

400 manat

200 manat

2000-ci ildən yuxarı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.