“Qardaşlar” marketində "qardaşcasına" fırıldaq - FOTOLAR

13-12-2016, 10:48           
“Qardaşlar” marketində "qardaşcasına" fırıldaq - FOTOLAR
Nərimanov rayon Əhməd Rəcəbli küçəsində yerləşən “Qardaşlar” marketində müştəriləri aldatmağın yeni üsulunu icad ediblər. Bu barədə əməkdaşımıza mağazada alış-veriş edən müştərilərdən biri xəbər verib. Müştərinin dediyinə görə mağaza tərəfindən vitrindəki malın qiyməti ucuz göstərilir və kassaya yaxınlaşıqda isə satıcı onları baha qiymətə hesablayır.

Moderator.az-ın əməkdaşı bu gün adı çəkilən mağazada olub və baş verən saxtakarlığı aşkar edib. Əməkdaşımız vitrindən kişi üçün qiyməti 2.80 qəpik olan “Nicos” spreyi götürüb. Kassaya yaxınlaşdıqda isə satıcı onun 3.50 qəpiyə olduğunu bildirib. Əməkdaşımız məsələni araşdırdıqda isə satıcının dili dolaşıb və qiyməti vitrində dəyişməyi unutduqlarını bildirib. Elə baş verən saxtakarlıqla rastlaşan bir neçə müştəri də satıcıya irad tutublar və aidiyyatı qurumlara müraciət edəcəklərini bildiriblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru