Bərdənin polis rəisindən qeyri-adi "reyd"...Məhkəmələrin maşınları cərimə meydançasında- SENSASİYA

15-12-2016, 21:16           
Bərdənin polis rəisindən qeyri-adi "reyd"...Məhkəmələrin maşınları cərimə meydançasında- SENSASİYA
Bərdənin polis rəisindən qeyri-adi "reyd"...Məhkəmələrin maşınları cərimə meydançasında- SENSASİYA Bərdə rayonunun polis rəisi polkovnik-leytenant İlqar Məmmədov rayon hakimlərini özünə tabe etmək üçün hegemonluğa əl atıb.

Məlumata görə, polis rəisi polkovnik leytenant İlqar Məmmədov Bərdə rayon məhkəməsinin iki hakiminə məxsus “Toyota Prado” və “Hyundai Elantra” markalı minik avtomobillərini şəxsi ədavət nəticəsində məhkəmə binasının qarşısından götürdərək cərimə meydançasına aparıb.

Hadisənin şəxsi ədavət nəticəsində baş verdiyini hər iki hakim Moderator.az- a təsdiqləyib.

Hadisə şahidlərinin sözlərinə görə, həmin ərazidə heç bir reyd keçirilməyib. Polis rəisi qərəzli şəkildə iki hakimə məxsus avtomobili cərimə meydançasına aparıb.

Əldə etdiyimiz məlumata görə, polis rəisi bu hərəkəti ilə hakimləri özünə tabe etmək istəyir.

Hazırda hər iki avtomobil cərimə meydançasındadır.(moderator.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru