Bazarlar qiymət artımından “komaya” düşüb - Alıcı buxarlanıb/ VİDEO
17-12-2016, 00:14
Bu gün hər kəs bir nəfər kimi qiymətlərin artımından şikayətçidir. Alıcı da, satıcı da, kasıb da, varlı da.
Bəs qiymətlərin artdığı bir vaxtda bazarlarda vəziyyət necədir?
BakiPost.az-ın əməkdaşları hazırkı durumu öyrənmək üçün bazarlara üz tutublar və əvvəllər insan əlindən tərpənmək mümkün olmayan, səs-küydən qulaq tutulan bazarların daş atılmış qurbağa gölünə bənzədiyinin şahidi olublar. Hətta sorğuda iştirak edəcək bir alıcı belə tapmayıblar.
Əməkdaşlarımız bazarlarda bu qədər durğunluğun yaranmasının səbəblərini öyrənməyə çalışıb. Satıcılardan bəziləri qiymətlərin hələ stabil olduğunu, dekabrın 20-dən sonra qalxacağını, əksəriyyəti isə qiymətlərin qalxdığını və bunun alıcı sayına güclü təsir göstərdiyini bildirib.