“Qara bazar”la mübarizədə "qara əməllər"

17-12-2016, 22:16           

Hüquq-mühafizə orqanları “Qara bazar”la mübarizə adı altında sahibkarların yeni soyulma üsulunu tapıblar. Yaxud da hansısa işbazlar hüquq-mühafizə orqanlarının adından istifadə edərək işə keçiblər.

AFN-ə bu barədə məlumat verən mənbənin sözlərinə görə, Bakıda fəaliyyət göstərən tiracət mərkəzlərinə, iri və xırda mağazalara xüsusi öyrədilmiş adamlar göndərilir. Onlar alış-veriş etdikdən sonra mağazada üstündə milli pul olmadığını deyir, 50-100 dollarlıq çıxarıb xırdalayıb çıxmasını xahiş edir. Vəziyyətdən məlumatlı olan, yaxud ayıq-sayıq insanlar bu plana uymur, amma nisbətən məlumatsız, bilgisiz satıcılar tora düşürlər. Hansı ticarət mərkəzində “alıcı”nın təklifi qəbul edilsə dərhal kənarda gözləyən bir neçə nəfər daxil olur, özlərini bu və digər hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edir və başlayır baş verən qanunsuzluqdan(?) dəm vurmağa. Təbii ki, ağrımaz başına dəsmal bağlamaq istəməyən mağaza sahibi və alıcı məsələni yerindəcə həll etmək üçün istənilən şərtə razı olur. Odur ki, “ya yaxınlıqdakı şöbəyə gedirik, ya da filan qədər pul verməlisən” təklifinin ikinci hissəsinə “hə” deməklə problem yerindəcə həll edilir. AFN-ə bununla bağlı konkret fakt məlumdur, lakin mağaza sahibinin və “işverən”in 50 dollarını xırdalayan mağaza işçisinin (hansı ki, qarşısındakı gənci “dastoynu oğlan” hesab etdiyini deyən işçi xırdanı nə kassadan, nə də mağazanın vəsaitindən yox, məhz özünün üzərində olan nağd puldan verib) mənafeyi baxımından detalları qeyd etmirik.

Bu faktı işıqlandırmaqda məqsədimiz isə həm ticarətdə çalışan digər insanları məlumatlandırmaq, həm də hüquq-mühafizə orqanları rəhbərlərinin diqqətini bu dələduzluğa yönəltməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.