Belə kredit qalmaqalı görülməyib - Video

22-12-2016, 09:54           

Devalvasiyalardan əvvəl 1 dollar 78 qəpik olanda bank 40 min manata qiymətləndirdiyi evi indi 12 min dollara satıb. Üstəlik vətəndaşın borcunu qurtarmadığını da bəyan edir. Qalmaqallı borc mübahisəsi Bərdədəndir. Evsiz qalan borc sahibi Firdovsi Təhməzov 8 aydır ailəsi ilə birlikdə mağazada yaşayır.

Xəzər xəbər-in məlumatına görə, bank vaxtilə 40 minə qiymətləndirdiyi evi indi 12 min manata, özü də hərracda satıb. Üstəlik vətəndaşın borcunun qurtarmadığını bəyan edir.

Borc mübahisəsi yaşayan rayon sakini Firdovsi Təhməzov aprel ayından bəri anası və uşaqları ilə birlikdə mağazada yaşayır.

Öz dediyinə görə Firdovsi Təhməzov devalvasiyadan əvvəl dükan açmaq üçün evini girov qoyaraq 12 min manat kredit götürüb. Ancaq bir müddət sonra krediti ödəyə bilməyib və bank onu məhkəməyə verərək evini hərracda 12 min manata satıb. Ancaq borc sahibindən xəbərsiz. İndi isə Firdovsi Təhməzov deyir ki, evinin real qiyməti 30 min manat olub.

Daha bir vacib məqam odur kı, 2013 ildə bank onun evini girov götürəndə 40 min dollar qiymət qoyub və sənədləşdirib. Hərracda isə onun evi 12 manata satılıb. Firdovsi Təhməzov sənədləşməyə məhəl qoyulmadan evinin dəyər-dəyməzinə satılması ilə razılaşa bilmir.

Həmin bankın Bərdə filialından sadəcə onu deməklə kifayətləndilər ki, Firdovsi Təhməzov pulu götürəndən sonra, ümumiyyətlə, ödəniş etməyib. Bank da öhdəliyin yerinə yetirilməməsi və girov əmlakın hərraca çıxarılması üçün məhkəməyə müraciət edib.

Hüquqşünaslar isə bildirir ki, əgər borcun ödənilməsi əmlaka yönəldilibsə, vətəndaşdan əlavə pul tələb edilə bilməz.

Borc sahibi mülkünün satış qiymətindən narazıdırsa, məhkəməyə də müraciət edə bilər.

Hüquqşünas məsləhət görür ki, hərrac prosesində vətəndaşların özləri də iştirak etsinlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.