Ceyhun Bayramov Malik Vəliyevin əməllərini niyə gizlədir? - Prezidentə şikayət
22-12-2016, 18:33
Laçın rayon sakini, hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu prezident İlham Əliyevə müraciət edib. Surəti Hesablama Palatasının sədri Vüqar Gülməmmədova, maliyyə naziri Samir Şərifova, təhsil Naziri Mikayıl Cabbarova, Baş prokuror Zakir Qaralova və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə göndərilən müraciəti olduğu kimi təqdim edirik.
"Bildirirəm ki, Laçın rayon təhsil şöbəsinin sabiq müdri Malik Vəliyevin (hazırda Malik Vəliyev Tərtər regional təhsil idarəsinin maliyyə şöbəsinin müdri ) təhsil şöbəsində yol verdiyi ciddi qanun pozuntularını təhsil nazirinin birinci müavini Ceyhun Bayramov tərəfindən üst bastır edilir və bunadan təhsil naziri Mikayıl Cabbarovun xəbəri yoxdu.
Malik Vəliyev qeyri qanuni yola 30-dan çox şəxsi yüksək məbləğdə rüşvət qarşılığında hərbi biletlə hərbi hazırlıq müəllimi kimi işə götrüb.araşdırılma aparılsa bu şəxslər Latın əlifbasin belə bilmirlər.
Laçın rayon Təhsil şöbəsində Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğlələrində iştrak edikleri aşkar olar.Şagirdlər məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay alınan vəsaitin 50%-in direktorlar yığaraq Malik Vəliyevə çatırırlar.
Malik Vəliyev saxta diplomu olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yolla bir aylıq kurs keçməklə məktəblərdə psixoloq vəzifəsinə təyin edib.araşdırılma aparılsa 20-dən çox diplomu saxta olan şəxslərin rayonun ümumtəhsil məktəblərində psixoloq vəzifəsinə təyin edildiyi aşgar olar.
Malik Vəliyev "Diplomu saxta olan müəllimlərdən" hər tədris ilində rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən çox "diplomu saxta olan müəllim" var.
LRTŞ-inin müdri Nicat Həsənov Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq H1 və H2 həvəsləndirmə ilə rayon mərkəzindən uzaq məktəblərə musabiqə yolu ilə işə götrülən müəllimləri yüksək məbləğdə rüşvət qarşılığında Laçın rayonunun Bakı şəhərində yerləşən məktəblərinə yerdəyişmə edir.
Malik Vəliyevin əsas gəlir mənbəylərindən biridə fakultativ məşğələlərə ayrılan dərs saatlarıdı bu saatları məktəb direktorları müəllimlərin adına yazaraq hər ay alınan vəsait yığlaraq Malik Vəliyevə Çatır.
Laçın rayon Təhsil Şöbəsində əmək qanunvericiliyinin tələblərin pozaraq ikinci qrup əlilərə 36-48 saat dərs tədris etdirilir.qanunun tələblərinə görə ikinci qrup əlilər 12 saatdan artıq dərs tədris edə bilməz. LRTŞ-də vərəm,şəkərli diyabet , hepatit C ,ruhi xəstəlik və s.yolxucu və keçrici xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirilir, əvəzində aylıq hesab yığılır.
Hətda ruhi xəstəlik ilə penisya alan ikinci qrup əlilər yüksək məbləğdə rüşvət qarşlığında məktə direktoru vəzifəsinə təyin olunublar.
Laçın rayon təhsil şöbəsinin tabeliyində rayonun 120-dən çox ümumtəhsil məktəbləri var və hər bir məktəbin minumum 10 texniki işcisi var bu işcilərin maxsumum 2 kuryeri işyerinə gəlir qalan ştatları məktəb direktorları yaxın qohumlarının adına yazaraq hər ay alınan vəsait LRTŞ-inin sabiq müdri Malik Vəliyevə çatır.bu məbləğ kifayət qədər böyük məbləğdi 960- dan çox texniki işcinin aylıq maşdı nəzərə alsaq ki hər bir texniki işcinin maşı 115 manatdı 960×115=110400 manat dövlət vəsatinin hər ay mənimsənilməsi deməkdi.
Laçın rayon təhsil şöbəsində müəllimlərin əmək haqqı tarifləri rüşvətlə müəyyən etdilir. Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30% -də təhsil şöbəsinin müəyyən etdiyi miqdarda rüşvət verməklə Bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edilir.
Malik Vəliyev LRTŞ-ində olan biznesinin davamlılığın təmin etmək məqsədi ilə LRTŞ-inin müdri vəzifəsinə Yaxın qohumu Nicat Həsənovu yüksək məbləğdə rüşvət qarşılığında müdir təyin etirmişdi.Nicat Həsənov ixtisasca İqdsadçıdı və bundan əvvəl kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdaman məktəbinin rəhbəri vəzifəsini tutub yəni heç bir pedoqoji faliyyəti olmayıb.Nicat Həsənovun təhsildən xəbəri yoxdu sadəcə rüşvət yığmaq məqsədi ilə bu vəzifəyə gətrilib.Laçın rayonunda 120-dən çox məktəb direktoru var bunlar içərisində LRTŞ-inin müdri işləyəcək adam tapılmayıb?
Hörmətli Cənab Prezident sizin korrupsiyaya qarşı ciddi mübarizə apardığınız bir dövürdə Laçın Təhsil Şöbəsinin Sabiq müdri M.Vəliyevin belə asan rüşvət yığması biz vətəndaşları məyus edir.
Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirir.
Cənab prezident Malik Vəliyev yuxarı dövlət orqanlarındakı yaxın qohumluq əlaqlərindən istfadə edərək milyon manatlarla dövlət vəsaitini mənimsəyib və yüz min manatlarla rüşvət alıb.
LRTŞ-ində 2005-ci ildən hazırkı dövrə kimi heç bir maliyyə araşdırılması aparılmayıb və hər il milon manatlarla dövlət vəsaiti müxtəlif yolarla mənimsənilir və bundan dövlət maliyyə nəzarət xidmətinin və 10 saylı Regional maliyyə müfəttişliyinin xəbəri var Lakin heç bir tədbir görulmur.Cənab Prezident mən inanıramkı müracətlərim sizə gəli çatacaq və LRTŞ-inin faliyətinin araşdırılması haqqında aidiyyatı dövlət orqanlarına lazımı tapşırıqlar verəcəksiniz.