"Azərişıq" ASC haqqında ağır ittihamlar...

23-12-2016, 10:48           
"Azərişıq" ASC haqqında ağır ittihamlar...
“2017-ci il 1 yanvar tarixdən qüvvədə olan elektrik enerjisinin qiymətlərinin hesablama qaydası artıq dekabr ayından tətbiq olunur”.

Bunu iqtisadçı ekspert Elçin Qurbanov Moderator.az əməkdaşı ilə söhbətində bildirib.

Onun bildirdiyinə görə, yeni hesablama qaydasını ASC-nin özü müəyyənləşdirib: “Hesablamanın aparılması qaydası isə ay ərzində 60 manatdan artıq elektrik enerjisi sərfiyyatına görə 11 qəpik müəyyən edilməklə tətbiq olunur. Bu, özbaşınalıq, tabesizlik, saxtakarlıq, həm də iqtisadi cinayətdir. "Azərişıq" ASC buna görə cavab verməlidir”.

"Azərişıq" ASC-nin digər kommunal xidmət sahələri kimi, mənfəət vergisini gizlədən hüquqi şəxslərdən biri olduğunu deyən E. Qurbanovun fikrincə, şirkətdə cari təmir və bərpa işlərinə ayırmalar və mal-materiallara aid nəğdsiz hesablaşmalara dair sənədləşmələr geniş şəkildə vergidən yayınma məqsədilə həyata keçirilir:

“Mən ASC-nin qarşılıqlı əlaqədə olduğu digər şəxsləri araşdırıb külli miqdarda vergidən yayınma faktını aşkarlamağa çalışacağam. Bu qurumun hansı maliyyə dələduzluğu ilə məşğul olduğunu, ona rəy verən auditor təşkilatının hansı prinsiplərə əsaslandığını, habelə vergidən yayınmanın təxmini məbləğini müəyyən edərək, Prezident İlham Əliyevə, Vergilər Nazirliyinə və Baş Prokurorluğa təqdim edəcəyəm. Araşdırmanın nəticələri üzrə iddia paralel olaraq ictimai və dövlət maraqlarının müdafiəsi məqsədilə məhkəməyə veriləcək”.

Redaksiyadan: İqtisadçı ekspertin ittihamlarına qarşı tərəfin mövqeyini də olduğu kimi təqdim etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.