Veteranlardan Əliyevə minnətdarlıq

24-12-2016, 09:54           

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tarif Şurasının tarifi dəyişməyən təbii qaz üçün illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlak həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırması veteranlar tərəfindən rəğbətlə qarşılanıb.

Respublika Veteranları Təşkilatından Axar.az-a bildiriblər ki, bununla bağlı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət ünvanlayan ölkə veteranları Prezidentin humanist addımını yüksək qiymətləndirib, bu qərarın xüsusilə aztəminatlı ailələrin maddi vəziyyətinə müsbət təsir göstərəcəyini qeyd ediblər. Onlar həmçinin minnətdarlıqlarını ifadə edərək vurğulayıblar ki, Prezident İlham Əliyevin bu tapşırığı ölkə veteranlarına, eləcə də aztəminatlı ailələrə, onların sosial problemlərinin həllinə daim diqqət və qayğı ilə yanaşmasının daha bir təzahürüdür. Dövlətimizin başçısı güzəşt limitini artırmaqla bağlı tapşırıq verərkən ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin, İkinci Dünya müharibəsi iştirakçılarının maddi vəziyyətini nəzərə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru