Bakıda etiraz aksiyası: işıqsız, qazsız qaldıq...
25-12-2016, 11:23
Dekabrın 24-də Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 2, “Rahat” MTK-nın tikdiyi 12 mərtəbəli binanın sakinləri sosial problemlərilə bağlı aksiya keçiriblər.
Bu haqda Azadlıq Radiosuna bina sakinləri məlumat verib.
Sakinlər deyib ki, dekabrın 23-ü səhər saat 9-dan binaya elektik verilməsi dayandırılıb:
“Bina qazlaşdırılmadığı üçün bu soyuq havalarda nə çəkdiyimizi bir biz bilirik. Rayon elektirk idarəsi binanın 17 min manat borcu olduğunu və elektriki buna görə kəsdiyini bildirir. Bizdən isə işıq pulunu MTK rəhbərliyi yığır. İndi MTK rəhbərləri ortada yoxdur. Biz deyirik ki, pulu MTK rəhbərliyinə yığıb veririk, MTK da öz növbəsində idarəyə sakinlərin pul vermədiklərini deyir. İndi biz elektrik sayğaclarının rayon işıq idarəsinin sərəncamına keçirilməsini istəyirik”.
Bina sakinlər borca görə hər ay 2-3 gün işıqsız qaldıqlarını deyirlər. Binada 200-dən çox adam yaşayır. Əhali 7 ildən çox burda məskunlaşsa da binaya hələ qaz çəkilməyib.
“Rahat” MTK-nın rəhbərliyi əlaqə saxlamaq mümkün olmayıb.