Eldar Mahmudovla bağlı daha bir şok- "TEXNİKABANK" VASİTƏSİLƏ 2 MİLYARD OFŞORA ÇIXARIB

28-12-2016, 13:18           

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov təkcə bir bank vasitəsilə ölkədən 2 milyard dollar pul çıxarıb. Bu barədə gununsesi.info-ya daxil olan məlumatda deyilir ki, həmin məbləğ ofşor zonalara yatırılıb. Məlumata görə, keçmiş nazir kifayət qədər böyük olan bu məbləği “Texnikabank” vasitəsilə ölkədən çıxarıb. İddialara görə, artıq bununla bağlı rəsmi sənədlər ölkə rəhbərliyinə təqdim olunub.
Qeyd edək ki, 2012-ci ildə MTN “Texnikabank”la bağlı əməliyyat keçirib. Bankın rəhbəri Etibar Əliyev başda 20-yə yaxın şəxs həbs olunub. Etibar Əliyevə qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. “MTN işi”ndən sonra isə bəlli olub ki, “Texnikabank”la bağlı həbslər bankı ələ keçirmək üçün olub. Təsadüfi deyil ki, Eldar Mahmudovun qudası, hazırda həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbərliyindən istefa verəndən sonra “Texnikabank”ın başına keçmişdi. İndi bəlli olur ki, bu bank Eldar Mahmudov və Cahangir Hacıyevə maliyyə maxinasiyaları üçün lazım imiş.
Məlumatlarda o da bildirilir ki, qudalar ümumilikdə ölkədən 5 milyard dollar vəsait çıxarıb. Hökumət dairələrində manatın bu vəziyyətə düşməsinin əsas səbəbkarlarından biri kimi məhz Mahmudovun adı çəkilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.