“Xaçmaz avtovağzalında ermənilər at oynadır”

29-12-2016, 23:46           
“Xaçmaz avtovağzalında ermənilər at oynadır”
Xaçmazdan Bakıya avtobusun qiyməti 2,55 manatdır. Amma yerli avtovağzalın müdirinin göstərişinə əsasən sürücülər tədricən gedişhaqqını qaldırıblar. İndi Xaçmaz-Bakı avtobusunda hər sərnişindən 4 manat alırlar. İş o yerə çatıb ki, həmin avtobusla yolun yarısını – Zarata qədər gedənlərdən də indi 4 manat alırlar. Halbuki, həmişə Zarat postuna qədər gedişhaqqı, Bakıya qədər olan məbləğin yarısını təşkil edib.

Bu haqda “Basta”ya Müsavatın Xaçmaz rayonundan deputatlığa namizədi olmuş Söhrab Əmrahov məlumat verib.


“Avtobusda yer olsa da, avtovağzalın kassalarında bilet satmaqdan imtina edirlər. Çünki biletin üstünə qiymət yazıb bu qanunsuzluğa dair ortada sübut qoymaq istəmirlər. Bu problemlə əlaqədar şikayət etmək üçün avtovağzalın müdriyyəti ilə görüşmək istədim, amma yerində olmur. Rövşən adlı hüquqşünasla və avtovağzalın dispetçeri ilə görüşdüm. Hər ikisi bildirdi ki, bizim öz qanunlarımız var. Əvvəllər avtovağzalda hər şey qaydasında idi. Sonra Sadiq Ağayev adlı bir naxçıvanlını müdir gətirdilər. O gələndən qanunsuzluq baş alıb gedir, yerli sakinləri adam yerinə qoymur. Avtovağzalda Qarik adlı bir erməni var, oğlu ilə birgə burda at oynadır, müdriyyət də onların arxasındadır. Kim narazılıq edirsə, onlara rişxənd edir, “get kimə istəsən şikayət elə” deyirlər. Avtovağzalda bilet satılmadığını, burada qanunsuzluğun baş alıb getdiyini rayon rəhbərliyi də bilir, amma əlbir olduqları üçün heç bir qanun-qaydaya məhəl qoymurlar”, – Söhrab Əmrahov bildirir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.