Hadı Rəcəblini də "dondurdular"... - İDDİA

30-12-2016, 12:47           
Hadı Rəcəblini də "dondurdular"... - İDDİA
2016-cı il Azərbaycan xalqı üçün heç də uğurlu il olmadı. Milli valyuta 2015-ci ilin dekabrında olduğu kimi, bu ildə də devalvasiyaya uğradı. İş yerlərinin bağlanması və istehlak məhsullarının bahalaşması xalqın maddi rifah halının ağırlaşmasına gətirib çıxarıb. Bütün bunlar azmış kimi, bir tərəfdən də bəzi deputatlar açıqlamaları ilə xalqı aşağılamaqdadırlar.

Həmin millət vəkilləri unudurlar ki, bu cür mənasız və səviyyəsiz açıqlamaları ilə ali mərkəzi hakimiyyəti çıxılmaz duruma salırlar.

Ancaq deyəsən hakimiyyət bu cür deputatlara qarşı bəzi tədbirlər planlayıb. Belə ki, iki gün öncə deputat Aqil Abbas danışığına qadağa qoyulduğunu deyib.

Qeyd edək ki, bir müddət öncə Aqil Abbas maddi çətinlik çəkən ölkə vətəndaşlarını soğan əkməyə səsləmişdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, danışığına qeyri-rəsmi qadağa qoyulan deputatlardan biri də Hadı Rəcəblidir.

Hər dəfə müsahibələrindən sonra xalqın müəyyən kəsiminin ciddi etirazına səbəb olan Hadı Rəcəbli son dəfə Qarabağ əlillərinə verilən imtiyazdan danışmışdı. Fikirləri sərt etirazla qarşılanan deputatın sonradan Prezident Administirasiyasına çağırılaraq danlanıldığı barədə xəbərlər yayıldı.

Xatırladaq ki, Hadı Rəcəbli bundan öncə də dolana bilməyən müəllimləri iş saatından sonra tikintidə fəhlə işləməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.