Göyçayda məmur özbaşınalığı

31-12-2016, 10:46           
Göyçayda məmur özbaşınalığı
Hüquq müdafiəçisi İlqar Məhərəmli öz fecbook səhifəsində məlumat verib ki, bu gün Göyçay rayonunda 1000 dən çox sakinə elektirik enerjisinin verilməsi qanunsuz olaraq dayandırılıb.

İlqar Məhərrəmli ; 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Yəni bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azəri türkləri prezidentindən, nazirindən, oliqarxından tutmuş ən kasıb təbəqəsinə – fəhləsinə, işsizinə və imkansız yaşayan soydaşımızacan hamının bir Vətən, bir dil altında birləşdiyi bayramdır. Amma təəssüf ki, 2016-cı ilin son günü deabrın 31-i göyçaylı həmvətənlərimiz yerli məmur özbaşınalığı nəticəsində heç də həmrəylik nümayiş etdirə bilmədi. Belə ki, dekabrın 30-na Göyçayda 1000-dən artıq soydaşımızın işığı heç bir məhkəmə qərarı olmadan, son xəbərdarlıq edilmədən borca görə kəsilib və bu soydaşlarımız onların işığını kəsənlərlə 31 Dekabrda necə həmrəy olacaq qoy bu suala bu xalqı idarə edənlər cavab versin. Mənə istəəssüflənmək qaldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.