«Norm», «Holcim» şirkətləri ağır durumda

1-01-2017, 21:09           
«Norm», «Holcim» şirkətləri ağır durumda
Maliyyə hesabatlarına görə, manatın dəyərsizləşməsi təkcə iki zavoda 133,7 milyon manta ziyan vurub.

Əsas tikinti materiallarından olan sement istehsalı maya dəyəri baxımından əvvlki kimi yüksək qazanc gətirən sahələrdəndir. Amma ötən il manatın iki dəfə devalvasiyası zavodları ağır maliyə durumuna salıb.

«Norm», «Holcim» şirkətləri ağır durumda


Maliyyə hesabatlarına görə, manatın dəyərsizləşməsi təkcə iki zavoda 133,7 milyon manta ziyan vurub. Bu, onların ümumi satış dövriyyəsinin 72 faizi qədərdir.

Ölkənin ən iri sement istehsalçısı olan «Norm» MMC (illik istehsal gücü 2 milyon tondur) audit olunmuş maliyyə hesabatını istimaiyyətə açıqlayıb. Şirkət manatın dollara nisbətdə zəifləməsindən, ötən il 45 milyon manat zərərə düşüb. Onun bazardakı ən ciddi rəqibi – «Holcim (Azərbaycan)» ASC isə manatın devalvasiyasından ilboyu 89,7 milyon manat itirib. Şirkətlərin toplam zərəri 128 milyon manat olub. Hər iki şirkət builki maliyyə durumu barədə məlumatı açıqlamayıb.

Digər iri sement istehsalçılarının – «Akkord» korporasiyasının Qazax sement zavodunun və «Garant Holding» MMC-nin «Garant İnşaat Sənaye» şirkətinin maliyyə hesabatlarını açıqlamamsı isə artıq ənənəyə çevrilib.

Bu yandan da qiymət ucuzlaşıb

Diqqətçəkən məqamlardan biri də 2015-2016-cı illərdə sementin satış qiymətində ciddi artımın baş verməməsidir. Əksinə, 2015-ci ilin yanvarındə bir kisəsi (50 kq), orta hesabla, 7 manat 72 qəpiyə satılan sement bu il dekabrın əvvəlində 6 manat 42 qəpiyə təklif edilib. Başqa sözlə, qiymət təxminən 17 faiz ucuzlaşıb.

Sementə tələbat azalıb

Hökumət ölkədə tüğyan edən iqtisadi böhranın daha çox inşaat bölməsinə təsir göstərdiyini bildirir. Elə statistik rəqəmlər də bunu təsdiqləyir. Bu ilin 11 ayında ölkədə 2 milyon 130,8 min ton – ötən ildəkindən 14,6 faiz az sement istehsal olunub. Bu dövrdə ölkəyə 371,4 min ton (azaılma 15,4 faiz) sement klinkeri və hazır sement gətirlib.

Tikinti sektoruna dövlət dəstəyi

Hökumət bildirir ki, gələn ildən iqtisadi tənəzzülün qarşısını almaqdan ötrü tikinti sektorunun inkişafını daha çox dəstəkləyəcək. Söhbət sosial evlərin, Bakıda qəzalı yaşayış binalarının yerində yeni çoxmərtəbəli binaların tikintisindən gedir. Güman edilir ki, bu yolla tikinti materiallarına tələbatı artırmaq mümkün olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.