Qarabağ əlili məhkəmədən şikayət edir - "İntihar edəcəm!!!"

4-01-2017, 09:31           

teref.az olaraq elektron poçtumuza daxil olan şikayət məktubunu sizə təqdim edirik:
Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova
Surəti:1.BŞİH başçısı,prof.Hacıbala Abutalıbova
2.Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə
Hörmətli sədr!Suraxanı və Sabunçu məhkəmələrinin xaricdə müalicəyə ehtiyacı olan ,düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinə qarşı Rəvan sığortanın rüşvətilə reketlik etməsi indiyədək heç bir bildirişin,qərardadın verilməməsində özünü göstərir.Bakı AM-dən ümmu şöbənin müdiri Ələkbər Həsənov ünvanımı göstərdiyim halda e-mailindən yararlandığım Məğrurb Bədəllinin ünvanına,özü də poçt ünvanına 21.11.2016 tarixli məktub göndərib ki,mənim 10.02.2016 tarixli Sabunçu m-sinin qərardadından (h.İmran Burcayev) verdiyim şikayət Bakı AM-in 18.08.2016 tarixli qərardadı ilə təmin olunmayıb və iş 05.10.2016-da Sabunçu m-sinə qaytarılıb. Siz özbaşınalığa,reketliyə,korrupsiya faktına fikir verin.8 aydır şikayətim Bakı AM-də olub,amma mənə xəbər verilməyib?Xəbərsiz keçirilib iclas?Bəs qərardad niyə verilməyib,gizlin olur məhkəmə qərarları?Axı,MPM-də yazılıb ki,bu bildiriş,qərardad rəsmi qaydada verilməlidir,məhkəmə iclasları açıq keçirilir?Niyə özbaşınalıq edir Bakı AM?Mən 18.08.2016 tarixli qərardadın mənə verilməsini tələb edirəm.Qərardad mənə verilməyibsə,kassasiya hüququm da pozulub.Qərardadın verilməsini təmin edin.Yoxsa,özümü Bakı AM-in qarşısında yandıracağımla bağlı xəbərdar edirəm..Onsuz da hakim də bunu məsləhət bilir,başqa yolumda qalmır.Qərardad mənə verilsə,bu fikrimdən vaz keçəcəyəm.Odur ki,yanmağımı istəmirsinizsə,qanuni hüququmu təmin edib,şikayətim əsasında qəbul edilən hakimlərin adı göstərilməyən 18.08.2016 tarixli Bakı AM-in qərardadını poçt ünvanıma (Suraxanı r-nu,Y.Günəşli,V massivi,ev 31,m.28 "Əlillər evi") göndərməyinizi xahiş edirəm.Yanvarın 20-ə kimi qərardad göndərilməsə, 20-dən sonrakı günün birində Bakı AM-in qarşısında intihar edəcəyəm.BŞİH başçısının polisə yox,Bakı AM-ə qərardadın verilməsinə göstəriş verməsini xahiş edirəm.
Hörmətlə,Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu,Bakı,Y.Günəşli,V massivi,ev 31.m.28 "Əlillər evi"
Megrub Bedelli
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.